Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü


23.03.2019  09:57 

“Facebook”dan növbəti etiraf - Şifrələr təhlükədə olub





A+  A-

“Facebook” şirkəti illərlə istifadəçilərin yüz milyonlarla şifrəsini şifrələnməmiş vəziyyətdə saxlayıb.
XəzərNews.az Technote-yə istinadən xəbər verir ki, sosial şəbəkə kibertəhlükəsizlik üzrə yazılar yazan jurnalist Brayan Krebs bu barədə xəbər verdikdən sonra şirkət sistem boşluğunu etiraf edib:

“Yanvarda planlı şəkildə keçirilmiş təhlükəsizlik yoxlanışı zamanı biz aşkar etdik ki, istifadəçilərin bəzi şifrələri “Facebook”un daxili sistemlərində oxunula bilən formatda saxlanılıb. Bu, bizim sistemlərimizin şifrələri oxunula bilməyən formatda saxlanmasını təmin etməli olmasına baxmayaraq baş verib”.

Şirkətin təhlükəsizlik üzrə vitse-prezidenti Pedro Canahuati bildirib ki, bu boşluq aradan qaldırıb və yaxın zamanda şifrələri şifrələnməmiş şəkildə saxlanılmış istifadəçilərə bu barədə xəbər veriləcək:

Brayan Krebs öyrənib ki, bu sistem boşluğu 200-600 milyon istifadəçini əhatə edib və onların şifrələri 2012-ci ildən bəri şifrələnməmiş vəziyyətdə saxlanılıb. Krebsin məlumatına görə, oxunula bilən formatda qalmış şifrələrə Facebook şirkətinin 20 min əməkdaşı baxa bilərmiş.

Canahuati buna fikir bildirən zaman qeyd edib ki, həmin şifrələr “Facebook”dan kənara çıxmayıb və onlar şirkət əməkdaşlarından kiminsə həmin məlumatlardan istifadə etməsi üzrə hansısa halı aşkar etməyiblər.



Xəbər 2663 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +