Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət... - Siyahı


11.05.2018  12:19 

Gömrük-sərhəd məntəqələri 24 saat işləyəcək





A+  A-

Dövlət Gömrük Komitəsi (DGK) xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü tədbirləri çərçivəsində gömrük xidməti sahəsində daha bir mühüm addımın reallaşmasına nail olub.
DGK-dan XəzərNews.az-a verilən məlumata görə, mayın 10-dan etibarən Azərbaycan ilə İran İslam Respublikası sərhədində yerləşən Astara, Biləsuvar və Culfa gömrük-sərhəd buraxılış məntəqələri 24 saatlıq iş rejimində fəaliyyət göstərməyə başlayıb.

Bu barədə hər iki ölkənin sərhəd və gömrük xidmətlərinin nümayəndələri arasında keçirilən görüşdə razılaşma əldə olunub.

Beləliklə, bundan sonra adı çəkilən gömrük-sərhəd buraxılış məntəqələrindən sərnişinlərin, yük və minik avtomobillərinin 24 saat keçidi təmin olunacaq. Bu, hər iki ölkə arasında ticarətin daha da surətli inkişafına, Şimal-Cənub tranzit dəhlizinin sutka ərzində fəaliyyət göstərməsinə, vətəndaşların gediş-gəlişində sıxlığın aradan qaldırılmasına xidmət edəcək.

Bununla bağlı sərhəd və gömrük xidməti sahələrində infrastruktur yenilənib və infrastrukturun daha da genişləndirilməsi planlaşdırılır. Eyni zamanda, gömrük orqanlarında idarəetmə strukturunda dəyişikliklər olacaq. İki ölkə arasında əldə edilən razılaşmaya əsasən Naxçıvan Muxtar Respublikasına 24 saat - 7 gün rejimində gediş-gəliş təmin olunacaq.

Qeyd edək ki, Astara, Biləsuvar və Culfa gömrük-sərhəd buraxılış məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi Azərbaycan ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasının Anlaşma Memorandumuna əsasən reallaşıb. Anlaşma Memorandumu bu il martın 14-də Tehran şəhərində imzalanıb.

Xəbər 1885 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +