Binəqədidə çirkab suları küçəyə axır - Foto
Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır


05.02.2025  18:17 

Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...





A+  A-

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovun adının hallandığı torpaq qalmaqalı ilə bağlı Ali Məhkəmənin qərarı məlum olub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə işin yenidən apellyasiya instansiyasında araşdırılması ilə bağlı qərar qəbul edib.

Abel Məhərrəmovu məhkəməyə verən Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirovun vəkili Anar Qasımlı bizimlə söhbətində xəbəri təsdiqləyib. Vəkil bildirib ki, birinci və apellyasiya instansiyaları işə ədalətli yanaşmamışdı. Bu baxımdan, Ali Məhkəmənin qərarı təqdirəlayiqdir:

"Kassasiya şikayətində apellyasiya instansiyasının qərarının ləğv edilərək, Nazim Əmirovun xeyrinə qərar qəbul edilməsi istənilirdi. Lakin Ali Məhkəmə şikayəti qismən təmin edərək, işi təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar çıxardı. Bu halda belə, qərarı müəyyən mənada ədalətli hesab etmək mümkündür. Ümid edirəm ki, apellyasiya instansiyasında təkrar baxış zamanı da ədalətli qərar çıxarılacaq".

İşin detallarına gəlincə, iddiaya görə, Abel Məhərrəmov Altıağaca qəsəbəsində Naizm Əmirova məxsus torpaq sahəsini zəbt edərək, xanımı Rəhimə Mahmudovanın adına rəsmiləşdirib. Keçmiş rektor həmin ərazidə özünə dəbdəbəli villa tikib.

Nazim Əmirov bundan xəbər tutduqda məhkəməyə üz tutub. Xızı Rayon Məhkəməsi polkovnik-leytenantın iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.

Xəbər 3137 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +