Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü


14.03.2024  14:08 

Erməni qoşunları bu kəndlərdən çıxarılır





A+  A-

“Paşinyan mətbuat konfransında Tavuş rayonuna bitişik olan kəndləri Azərbaycana qaytarmağa hazır olduğunu təsdiqləyib. Baş nazir bildirir ki, bu kəndlər Ermənistanın suveren ərazisində deyillər, 1990-cı illərdə müharibə nəticəsində nəzarətə götürülüb. Paşinyanın açıqlamalarından görünür ki, bu, birtərəfli güzəştlə olacaq və Azərbaycan qoşunlarını sərhəddən geri çəkməyəcək”.

Xəzərnews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Nəşr qeyd edir ki, hazırda Tavuş istiqamətindəki 7 kəndin 4-nün qaytarılmasından bəhs edilir: “Söhbət Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərindən gedir”.

Nəşr “bu kəndlər qaytarılsa, nə olacaq” sualını da araşdırıb: “Ermənistan Silahlı Qüvvələri həmin 4 kəndin ərazisindən çıxmalıdır. Bura üçüncü ordu korpusu nəzarət edir. Bu korpusa vaxtilə general Onik Qasparyan, general Qriqori Xaçaturov rəhbərlik edirdi. Ola bilər ki, bu generallar həm də bu kəndlərin qaytarılmasına görə hökumət tərəfindən təqib edilirdi.

Ekspertlər bildirir ki, üçüncü korpus Azərbaycanla müqayisədə daha əlverişli mövqedədir. Kəndlər təhvil veriləndən sonra bu mövqelər azərbaycanlılara keçəcək və biz daha əlverişsiz vəziyyətə düşəcəyik. Bundan başqa, Gürcüstanla dövlətlərarası yol və Ermənistana gələn qaz kəməri də bu ərazidən keçir. Ermənistan yeni yol tikməli, qaz kəmərini ölkənin dərinliyinə doğru çəkməlidir. Bu, həm maliyyə, həm də zaman tələb edir”.

“Apaven” yükdaşıma şirkətinin icraçı direktoru Qaqik Ağacanyan deyib ki, dövlətlərası yolun çəkilişi üçün hər kilometrə 5-6 milyon dollar lazımdır: “Söhbət dağlıq ərazidən gedir və əgər körpü tikiləcəksə, bu, daha da baha olacaq, tunellər olarsa, bir qədər də artacaq. Təkcə alternativ yolun çəkilməsi ilə iş bitmir, həm də onun təhlükəsizliyi məsələsi var”.

Bu kəndlərin qaytarılması Ermənistan Konstitusiyasının da dəyişməsini tələb edir. Konstitusiya üzrə ekspert Qohar Meloyan bildirib ki, Ermənistan Konstitusiyası dövvlətin ərazisinin yalnız referendum yolu ilə dəyişməsini tələb edib: “Bu, 205-ci maddədə qeyd olunub. Ya konstitusiyanı dəyişməlidirlər, ya da onu pozmalıdırlar”.

Xəbər 2598 dəfə oxunub.



04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +