Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


02.11.2021  10:58 

Ağdamda işıq yanacaq - Uzun müddətdən sonra





A+  A-

İşğaldan azad edilən Ağdam rayonunda yaxın müddətdə işığımız yanacaq.

XezerNews.az “Azərenerji” ASC-yə istinadən xəbər verir ki, Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ASC tərəfindən 2 yerdə 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir.

Digər rayonlardan fərqli olaraq burada iki yerdə 110 kilovoltluq yarımstansiyaların tikilməsi Ağdam ərazisinin böyük olması və rayonda irihəcmli layihələrin gerçəkləşəcəyi nəzərə alınaraq inşa edilir.

Prezidentin Xüsusi Nümayəndəsi Emin Hüseynovun sözlərinə görə, hər iki yarımstansiyada işlərin başa çatması çox sevindirici və əlamətdar hadisədir.

“Bu gün biz qeyd edə bilərik ki, yarımstansiyalar qrafikdən qabaqlama rejimində icra olunub və Ağdama şəhərinə 27 ildən sonra işıq çəkə bildik. Bu günü bizə yaşatdığına görə Müzəffər Ali Baş Komandana dərin minnətdarlığımızı bildiririk. Bundan sonra Ağdamı, ümumiyyətlə Qarabağı cənnətə çevirəcəyik”, - deyə Emin Hüseynov deyib.

Xəbər 3066 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +