“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Oyunçularımı təbrik edirəm -Baş məşqçi
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi
MSK-a Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verdi


16.02.2018  21:37 

Bakıda doğranmış qadın cinayətinin - Təfərrüatı





A+  A-

Bakıda vəhşicəsinə qətlə yetirilmiş və cəsədi doğranaraq zibil yeşiyinə atılmış qadınla bağlı ilkin məhkəmə tibbi ekspertizasının bəzi detalları məlum olub.
XəzərNews.az Sputnik.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində zibil qutusunda aşkarlanan qadın cəsədi bıçaq və balta zərbələri ilə hissələrə ayrılıb.

Bu barədə Bakı şəhər prokurorluğundan bildirilib.

Sellofan paketlərə qablaşdırılmış qadın bədəni hissələri bu gün səhər 08:00 radələrində aşkarlanıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları qatilin kimliyini araşdırır. Qətlin mənzildə baş verdiyi ehtimal olunur. Şübhə doğurmamaq üçün qatil cəsədi hissələrə bölüb və sellofan torbalara qablaşdılrıb.

Vəhşicəsinə qətlə yetirilən qurbanın 50-60 yaş arasıda olduğu müəyyənləşdirilib.

Məhkəmə tibbi ekspertizasının ilkin rəyinə görə qətl hadisəsi fevralın 15-dən 16-a keçən gecə baş verib. Qətldən dərhal sonra qatil cəsəddən qurtulmaq qərarına gəlib.

Mütəxəssislərin versiyasına görə, qatil kişi cinsinə mənsubdur. Yetirilmiş xəsarətlərə görə qatilin peşəkar qəssab olması da istisna edilmir. Qatil qadının başını bədənindən ayırıb, amma onun üz nahiyyəsinə toxunmayıb. Bu səbəbdən də onun şəxsiyyətini müəyyənləşdirmək şansı var. Amma cəsədin əlləri tapılmayıb. Görünür cani qurbanın barmaq izlərinə görə şəxsiyyətinin müəyyənləşdirilməsinin daha asan olacağını nəzərə alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam edir.

Xəbər 3319 dəfə oxunub.



15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi


BÜTÜN XƏBƏRLƏR +