Almaniya: Macarıstan Putini həbs etməlidir
Sabiq professor vəfat etdi -FOTO
Meriyanın şöbə müdiri vətəndaşı təhqir etdi - Video
Trampın Putinlə görüşü Aİ-yə zərbədir?
“Azpulmat” əməkdaşı borcu ödəməyən müştərini təhqir etdi
Ən böyük mehdiyevçilər onlardır... - Sabiq deputat
“Mango”nun qurucusunu oğlu öldürüb
Pensiya yaşı artırılacaqmı? - Rəsmi açıqlama
Ramiz Mehdiyev bu villasındadır - Foto
Tramp və Zelenski raket tədarükünü müzakirə edəcək


19.05.2017  13:24 

Vidadi Zeynalova 14 il həbs istənildi





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək V.Zeynalovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

F.Nağıyev digər təqsirləndirilənlər - Beytulla Hüseynovun 15 il, Anar Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhəmməd Məmmədov, Cəfər Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oktay Rüstəmova isə şərti cəza verilməsini tələb edib.

F.Nağıyev bildirib ki, təqsirləndirilən şəxslərin əmlakları müsadirə edilərək dövlətə dəyən ziyanın ödənilməsinə yönəldilsin.

Məhkəmə prosesi mayın 24-də davam etdiriləcək.

Xəbər 2658 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO

17.10.2025  11:02 

Putin Mehdiyevi niyə qurban verdi?

17.10.2025  10:13 

Bakıya leysan yağır


BÜTÜN XƏBƏRLƏR +