“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Oyunçularımı təbrik edirəm -Baş məşqçi
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi
MSK-a Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verdi


15.10.2025  10:05 

Məsələ Mehdiyevin neytrallaşdırılması olsaydı... - Siyasi şərhçi





A+  A-

"Ramiz Mehdiyevin həbsində önə çıxan ilkin versiyalar o qədər də güclü görünmür".

XəzərNews.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı bildirib.

"Mehdiyev 2019-cu ildə siyasi hakimiyyətdən, 2022-ci ildə ictimai fəaliyyətdən gedib:

- məsələ onun neytrallaşdırılması olsaydı, bu, daha öncə baş verməliydi,
- yaxud bir ittiham - cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma yetərli olardı;

Mehdiyevin bağlı olduğu deyilən Rusiyanın təsir rıçaqlarına qarşı “önləyici” addımların atılması ehtimalı da zəifdir:

- son 10 ayda Bakı-Moskva xəttində baş verən “əsəb müharibəsi” zamanı belə addımlar atıldı, bu baxımdan, Əliyevlə Putinin Düşənbə görüşündən sonra başlanan normallaşma mərhələsində bunun baş verməsi suallar yaradır;

Bu iki amil fonunda Mehdiyevə qarşı irəli sürülən ittihamlar (dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər) təhdidlərin daha ciddi olduğu fikrini ön plana çıxarır. Görünür, dövlət hakimiyyətini ələ keçirməyə yönələn real fəaliyyətlər baş verib. Ki, geosiyasi mübarizənin regiona təsirləri fonunda belə təhdidlər gözləniləndir", - deyə şərhçi qeyd edib.

Xəbər 1770 dəfə oxunub.




15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi


BÜTÜN XƏBƏRLƏR +