Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


05.02.2020  10:03 

Hava ilə bağlı XƏBƏRDARLIQ





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə bağlı açıqlama yayıb.
XəzərNews.az-ın məlumatına görə, Departamentin direktoru Umayra Tağıyeva bildirib ki, qış bitmək üzrədir, amma Bakıda hətta gecələr də mənfi temperatur qeydə alınmayıb:

“İqlim dəyişikliyi nəticəsində bütün dünya üzrə anomal hadisələrin sayı artıb. Bu tendensiya son bir neçə ildir müşahidə olunur, ancaq bu qış xüsusilə Azərbaycanda və Avropanın bir çox ölkələrində açıq şəkildə özünü büruzə verir. Məsələn, Aralıq dənizi ölkələrində 24-27 dərəcə isti, həqiqətən bahar havası var. Bakıda havanın temperaturu iqlim normasından 6 dərəcə yuxarıdır və yaxın 2 gün ərzində paytaxtda 14-17 dərəcə isti gözlənilir, küləkli cənub-qərb küləyi fonunda, çöl zonasında temperatur 20 dərəcəyə yaxınlaşacaq”.

U.Tağıyeva deyib ki, bununla belə, uzun müddət davam edən qeyri-adi isti hava şəraitindən sonra, soyuq arktik hava kütlələri ölkə ərazisinə keçəcək. Fevralın 7-si axşamdan başlayaraq Bakıda şimal-qərb küləyinin üstünlük təşkil edəcəyi, fevralın 8-i səhərədək küləyin sürətinin 30-35 m/s-dək artacağı gözlənilir. Fevralın 9-da havanın temperaturunun aşağı düşməsi fonunda yağış, bəzi yerlərdə sulu qar və qar yağacaq. Xüsusilə dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Xəbər 3285 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +