41 bağça müdirinin işinə son verilib
Bu dəfə dələduzların hədəfi məşhurlar oldu
Azərbaycanda istilik tarifləri ARTIRILDI
“Melissa Park“dan daha bir NARAZILIQ
“Susuzluqdan çox əziyyət çəkirik, belə yaşaya bilmirik” - VİDEO
Şahin Şıxlinski axtarışa verildi
Kredit mütəxəssisi ailə üzvlərinin adına kredit ayırıbmış
6 dil bilir, Bakıda küçədə yaşayır...
Nazirlikdən üzərliklə bağlı XƏBƏRDARLIQ
Ali məktəblərə ixtisas seçimi bu tarixlərdə KEÇİRİLƏCƏK


29.07.2025  11:51 

Söndürülməmiş siqaret yanğına səbəb oldu





A+  A-

Bakıda söndürülməmiş siqaret kötüyünün atılması yanğına səbəb olub.

XəzərNews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, siqaretin tam söndürülmədən zibil qutusuna və ya torbasına atılması bariz yanğın təhlükəsi yaradır: "Hazırda yay fəslinin davam etdiyi qızmar günlərdə tam söndürülməyən siqaretin fəsadları quru hava şəraitində daha ciddi yanğınlara səbəb olur. Belə hadisələrdən biri də Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 46 ünvanında baş verib. Adı çəkilən ünvanda Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğın nəzarəti üzrə inspektorları tərəfindən aparılmış ibtidai araşdırma nəticəsində, vətəndaş tərəfindən siqaret çəkilməsi zamanı ehtiyatsızlığa yol verilməsi səbəbindən maddi ziyanla nəticələnən yanğın hadisəsinin baş verdiyi müəyyən edilib. Məlum olub ki, vətəndaş söndürülməmiş siqaret kötüyünü karton qutuların içərisinə atıb, sonradan onun söndürülməsi üçün cəhd göstərsə də, siqaret közünün tam sönməsinə əmin olmadan ərazini tərk etdiyindən nəticədə yanğın hadisəsi baş verib.

Analoji hərəkətlərin digər ərazilərdə də vətəndaşlar tərəfindən təkrarlanma halları istisna edilmir ki, bu da insanların kütləvi toplaşdığı müxtəlif təyinatlı, təhlükə potensiallı, o cümlədən mühüm əhəmiyyətli və həyat təminedici obyektlərdə, meşə və digər təbiət ərazilərində yanğınların baş vermə riskini artırır. Təəssüflə vurğulayırıq ki, genişmiqyaslı maarifləndirmə işlərinin aparılmasına baxmayaraq mövcud mənzərə vətəndaşların hələ də səhlənkar davranışlara yol verməsinin nümunəsidir. Bütün bunları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhalini xüsusilə havaların isti və quraq keçdiyi yay aylarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Əsas etibarilə açıq ərazilərdə siqaret çəkilməsi zamanı ərazinin yanğına qarşı vəziyyəti düzgün qiymətləndirilməli, söndürülməmiş siqaret kötüyü ətrafa atılmamalıdır. Bəsit bir qayda pozuntusu ciddi və ağır nəticələrə səbəb olan yanğın hadisələrinin başlıca səbəbləridir. Unutmayın, qaydalara biganəlik - həyatımıza təhlükədir!"

FHN təhlükə zamanı “112”-yə zəng etməyi tövsiyə edib.


Xəbər 251 dəfə oxunub.



30.07.2025  12:42 

Şıxlinskinin oğlu həbsdə qaldı

30.07.2025  12:33 

DSX-dən narkotik əməliyyatı

30.07.2025  11:11 

Sərxoş kişi Kür çayında batdı

30.07.2025  10:16 

Şamaxıda şərab zavodunda YANĞIN

30.07.2025  10:11 

Gəlin qayınananı ÖLDÜRDÜ

29.07.2025  18:24 

İlkin siyahı müəyyən olundu


BÜTÜN XƏBƏRLƏR +