Məşhur dirijor xəstəxanaya yerləşdirilib -FOTO
Putindən əmr: Əməliyyatlar...
Cəlaloğlu bacısı oğlunun saxlanılmasından danışdı
Azyaşlıya zorakılıq edən dayə işdən çıxarıldı - RƏSMİ/YENİLƏNİB
Adnanın yaxtası Barselona sahillərində oyun çıxarır - FOTO
Baş nazir qərar imzaladı
Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
Slavyansk atəş altında: Üç ölü var
Eldar Əzizovdan Fəqan Məlikova xəbərdarlıq
Müharibədə daha bir azərbaycanlı həlak oldu


05.06.2023  10:04 

“Danışıqlarda bəzi pozitiv ilkin razılaşmalar var“





A+  A-

"Bir neçə istiqamətdə davam edən Azərbaycan-Ermənistan danışıqlarında bəzi pozitiv ilkin razılaşmalar var, əsas da Zəngəzurdan keçəcək kommunikasiya xəttlərinin açılması ilə bağlı məsələ həllini tapmaq üzrədir".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə REAL Partiyasından Natiq Cəfərli çıxış edib.

N.Cəfərli bildirib ki, bu yolun açılmasında əsas maneə Rusiya ilə Ermənistan arasında olan problemlərdir:

"Kreml israr edirdi ki, Laçın yoluna da, Zəngəzur yoluna da ancaq və ancaq Moskva nəzarət etməlidir. Azərbaycan bütün müqavimətlərə baxmayaraq Laçın yoluna sərhəd-keçid məntəqəsi inşa edib nəticəyə nail olması bu məsələnin çözülməsində mühim rol oynadı".

Siyasətçi qeyd edir ki ki, Ermənistanın publik hay-küyünə baxmayın, Laçında Bakının dediyini etməsi, öz sərhədimizin özümüz tərəfindən qorunub nəzarətə götürülməsi Ermənistan üçün çox sərfəli oldu, bizim məhz bu addımımızdan sonra Ermənistan Rusiyadan Zəngəzur yoluna nəzarəti qopara bildi - son Moskva görüşündə Kreml Zəngəzur yolunun giriş və çıxışında Ermənistan rəsmi orqanlarının yerləşməsi israrı ilə razılaşmalı, barışmalı oldu:

"Rəsmi Bakının Laçın yolunda qəti addım atması Zəngəzur yolu düyününün açılmasında birbaşa və həlledici rol oynadı. Əslində bizə də Zəngəzur yoluna Ermənistanın nəzarət etməsi daha sərfəlidir – Kremlin təkbaşına nəzarəti Azərbaycana növbəti təzyiq vasitəsinə çevrilə bilərdi. Nəzarətin Ermənistanda olması isə işi asanlaşdırır, qarşılıqlı asılılıq yaradır – yəni, İrəvan Naxçıvana gedən yüklərə, vətəndaşlara, qatar və avtomobillərə problem çıxarsa, özləri də Laçın yolunda eyni problemlərlə, və ya Azərbaycan üzərindən Ermənistana gedəcək yük və sərnişinlər eyni yanaşma ilə üzləşəcəklər. Qarşılıqlı asılılıq belə məsələlərdə sabitlik göstəricisinə çevrilir, dəngə yaradan faktor olur..."

Xəbər 2732 dəfə oxunub.




30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...

30.10.2025  17:49 

Baş nazir qərar imzaladı

30.10.2025  13:20 

“Saray Plaza”da ölüm

30.10.2025  11:05 

Baş həkim təyin edildi


BÜTÜN XƏBƏRLƏR +