Vitse-prezident Makronu sərt tənqid edib
Bu ölkə Rusiyaya yardım edən 11 nəfəri saxladı
İranda zəlzələ gözlənilir?
Gürcüstanda azərbaycanlı qadına leytenant rütbəsi verildi - FOTO
İranda terror qruplaşması:7 nəfər öldü
Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi şərtləri - Kiyev nələrdən çəkinməlidir?
Ukrayna torpaqlarını hədiyyə etmiyəcəyik -Zelenski
Torpağımızı işğalçıya verməyəcəyik - Zelenski
SEPAH-ın erməni lobbiçiliyi
Maddi yardım adı ilə dələduzluq


13.04.2019  12:06 

İrandan 6 kq-dan çox narkotik gətirmək istədilər





A+  A-

Ölkə ərazisinə qeyri-qanuni narkotik vasitələrin gətirməyə çalışan 3 şəxs saxlanılıb.
Dövlət Sərhəd Xidmətindən XəzərNews.az-a daxil olan məlumata görə, aprelin 11-də, saat 01:25 radələrində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədindən qaçaq yolla İrandan Azərbaycana narkotik vasitələri keçirmək istəyən və əraziyə “Mersedes-Benz” markalı avtomobillə gələn 3 nəfər Azərbaycan vətəndaşı 1978-ci il təvəllüdlü Şirinov Ramil İmamverdi oğlu, 1970-ci il təvəllüdlü Eyvazov İntiqam Eldar oğlu və 1974-cü il təvəllüdlü Abdullayev Qurban Cəmil oğlu şübhəli şəxs qismində saxlanılıblar. Saxlanılan şəxslərə və nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 6 kq 330 qr olan qurudulmuş marixuana və 55 ədəd toxum narkotik vasitə aşkar olunaraq götürülüb.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb.

Xəbər 2870 dəfə oxunub.



24.08.2025  00:38 

İranda zəlzələ gözlənilir?

24.08.2025  00:22 

Aktyorun iki qızı tələbə oldu

23.08.2025  13:20 

SEPAH-ın erməni lobbiçiliyi

22.08.2025  18:01 

İcmadan istefa verdi


BÜTÜN XƏBƏRLƏR +