Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


01.11.2023  09:04 

Azərbaycan iqtisadiyyatı sürətlə həciləşir





A+  A-

Azərbaycan iqtisadiyyatı sürətlə həciləşir. Xüsusilə özəl sektorda həcilik bir biznes kultuna çevrilib. Biznes ortaqlığının vacib şərti halına gəlib. İqtisadiyyatın həciləşməsi istehsal yönümlü biznesin önünü kəsəcək. Çünki tarixin bütün dövrlərində dini burjua istehsal yönümlü iqtisadiyyat yaratmayıb, əksinə, istehlakçılığın genişlənməsində maraqlı olub. Buna elmdə "Məşdibad biznesi" deyirlər.

Bu biznes süni zəka üzərində qurulan IV, V Sənaye düşüncəsinin Azərbaycana gəlişini əngəlləyəcək, ən azı, yubadacaq.

Çünki biznes sektoru təklif olunan layihələrə texnoloji deyil, ideoloji maraqların gözüylə baxacaq.

Osmanlı, arxasınca SSRİ niyə dağıldı? Ona görə ki, hər iki imperiya ideoloji çağdan, texnoloji çağa, yəni pafosdan loqosa keçə bilmədi. Məsələn, 1980-ci illərdə dünyada texnoloji gücü ifadə edən keyfiyyət yönümlü iqtisadi sıçrayış baş verəndə, sovet ölkələri ideoloji gücü göstərən kəmiyyət yönümlü iqtisadiyyatla baş qatırdılar.

İqtisadiyyatın həciləşməsinin ən böyük zərbəsi təhsilə dəyəcək. Çünki müasir təhsil süni zəka texnologiyalarına fokuslanıb. Ölkədə IV Sənaye mühiti olmayandan sonra universitetlərimiz də məcbur qalıb XIX əsr üçün lazımsız kadrlar hazırlayacaq.

Hətta bu gün belə bunun örnəkləri var. Bu gün Azərbaycanda istehsal müəssisələrinə milyon dollarlıq texnoloji avadanlıqlar alınır. Amma təhsil sistemimiz o avadanlıqları işlədə, xarab olanda təmir edə bilən mütəxəssislər yetişdirmək iqtidarında deyil. Özəl sektor isə problemin həllini mütəxəssis yetişdirməkdə deyil, mütəxəssis çağırmaqda görür.

Dünən bir dostumuz danışır ki, özəl bir xəstəxanaya müayinəyə getmişdim, dedilər get, gələn ay gələrsən. Niyə? Milyon dollarıq aparatımız xarab olub, Türkiyədəki ustanın da əlində işi var. Söz verib, əlindəki işi təhvil verib, gəlib bizimkini qayıracaq.

Aparatı olub, mütəxəssisi olmayan iqtisadiyyatın isə ağzı nədir, Allah umuduna bel bağlamasın.

Aqşin Yenisey

Xəbər 2433 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +