Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


30.01.2023  16:16 

Vasif Talıbovun “25-ci kadrı“ və ya bizə hansı mesaj verilir?





A+  A-

Sahil Tahirlidən SSRİ subliminal mesajı

Naxçıvanda baş verən hadisələr zamanı ortaya çıxan bəzi faktlar heyrət doğurur. Bu faktların üzərinə mətbuatda gedən yazıları da əlavə etsək, görərik ki, Vasif Talıbovla bağlı məlumatlar dərindən araşdırılmalı, onun və ətrafındakıların hansı ideologiyaya xidmət göstərdikləri üzə çıxarılmalıdır.

Məsələn: Naxçıvanda baş verən hadisələr zamanı Vasif Talıbovun Rusiya və ya İranın adamı olması haqqında məlumatlar verildi. Bu məlumatlar fonunda əsas məqam ondan ibarət idi ki, Vasif Talıbov Zəngəzur dəhlizinin açılmasını istəməyib.

Naxçıvanın 21 hektar ərazisinin İrana verilməsi xəbəri deyilənləri müəyyən qədər təsdiq etdi.

İndi isə gəlin başqa bir məqama diqqət yetirək!

2021-ci ilin yanvar ayında, yəni Vasif Talıbovun qılıncının dalı və qabağının kəsən vaxtlarında Naxçıvan Televiziyasında İkinci Qarabağ müharibəsi ilə bağlı sənədli film çəkilib.

Filmdə İkinci Qarabağ müharibəsində öz şücaəti ilə könüllərdə taxt quran, xalqın çox sevdiyi, Prezident İlham Əliyev tərəfindən dəfələrlə orden, medal və fəxri adlarla təltif edilən Tehran Mənsimov çıxış edir. O müharibə zamanı baş verən hadisələr haqqında danışır. Amma onun çəkildiyi kadrlarda arxa fona diqqət yetirdikdə görürük ki, "25-ci kadr" yəni subliminal mesaj bizə başqa şey deyir.

Deməli, ya Vasif Talıbov başqa ölkənin ideologiyasına xidmət göstərib, ya da onun mediası. Dövlət televiziyası dövlətin ideoloji xəttinin aparıcı silahıdır. Bu silah isə uzun müddət Naxçıvanda dövlətin ideoloji xəttinə yox, Vasif Talıbov və onun yaxınlarına xidmət göstərib.

Vasif Talıbovun xidmət etdiyi ideoloji xəttin mərkəzi isə Rusiya və İranda idi.

Sahil Tahirli isə İkinci Qarabağ müharibəsi ilə bağlı çəkilən filmdə bu ideoloji xətti subliminal mesajla bizə göstərir. Əgər belə deyilsə Sahil Tahirli bunu diqqətsizlik adlandırırsa, o zaman sual oluna bilər: O necə televiziya rəhbəridir ki, bu cür mühüm məsələdə diqqətsizlik göstərib?

Uzun sözün qısası Sahil Tahirlinin hansı ideologiyaya xidmət göstərdiyi hələ də qaranlıqdır. Çünki İkinci Qarabağ müharibəsindən bəhs edən filmin arxa fonunda SSRİ atributlarını, Leninin portretini və SSRİ bayrağını görürük. Bu isə dövlətin ideoloji xətti ilə tərs mütənasib olmaqla, müstəqilliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizə hörmətsizlikdir.

Elmar Hüseynov

Xəbər 2497 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +