Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi
ABŞ Rusiya, Çin və İrana qarşı olan layihədən çıxır?


16.04.2017  19:32 

Türkiyədə referendum başa çatdı - 55,2 faiz “HƏ“ deyir - Yenilənir





A+  A-

Hazırda səslərin 67,1 faizi sayılıb, 55,2 faiz seçici dəyişikliklərə "HƏ", 44,8 faiz seçici isə "YOX" deyir.
Saat 19:24

XəzərNews.az xəbər verir ki, hazırda səslərin 60 faizi sayılıb, 56,2 faiz seçici dəyişikliklərə "HƏ" deyir.

Saat 18:59

Bülletenlərin 32 faizinin sayılmasından sonra Konstitutsiyaya dəyişiklikləri dəstəkləyənlərin mütləq üstünlüyü davam edir. Seçicilərin 61,3 faizi Konstitutsiya dəyişikliyinin lehinə, 38,7 faizi əleyhinə səs verib.

Saat 17:40

Türkiyədə konstitusiya dəyişikliyini nəzərdə tutan ümumxalq səsverməsi ilə bağlı bülletenlərin sayılması prosesi davam edir.
Yerli vaxtla saat 17.40-dək bülletenlərin 19.72 faizi sayılıb. İlkin məlumata görə, sayılan bülletenlərə əsasən seçicilərin 64,19 faizi konstitusiya dəyişikliyinə “hə” deyib.

Saat 17:00

Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı ümumxalq səsverməsi başa çatıb. Səsvermə ölkənin şərq bölgələrində yerləşən 32 vilayətdə yerli vaxtla saat 16.00-da, digər ərazilərdə isə saat 17.00-da yekunlaşıb.
Ölkənin 55 milyon 319 min 222 vətəndaşı referendumda səs vermək hüququnda olub.
Türkiyə Ali Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə bütün səsvermə məntəqələrində bülletenlərin sayılmasına başlanılıb.
Məntəqələrdə səsvermənin gedişini 10 yerli siyasi partiyadan nümayəndələr, həmçinin Azərbaycan da daxil olmaqla xarici ölkələrdən beynəlxalq müşahidəçilər izləyiblər.
Bu vaxtadək səsvermənin ümumi nəticəsinə təsir edə biləcək qanun pozuntusu barədə heç bir məlumat yayılmayıb.
Ümumilikdə səsvermə seçici fəallığı ilə müşahidə olunub. Vətəndaşlar hətta əlil arabalarında, təcili tibb maşınları ilə səsvermə məntəqələrinə gələrək səs veriblər.
Dağlıq ərazilərdəki bəzi yaşayış yerlərinə, o cümlədən təhlükəsizlik qüvvələrinin yerləşdiyi məntəqələrə seçki bülletenləri hərbi helikopterlərlə daşınıb.
Ümumi təhlükəsizlik tədbirləri çərçivəsində bəzi məntəqələrdə hətta kimyəvi və bakterioloji müayinələr də aparılıb.
Səsverməni izləmək üçün xaricdən 601 nəfər KİV nümayəndəsi gəlib. İstanbul bölgəsində fəaliyyət göstərən 156 xarici KİV nümayəndəsi 33 ölkədən olmaqla 97 təşkilatı təmsil edib.

Xəbər 4022 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +