Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb
Gəlinini döyən qayınana cəzalandırılıb


13.05.2025  11:04 

Başımı aparıb dəmir yoluna qoyaram - Nemət Pənahlı





A+  A-

“Mənim VÖEN-im ilə xanımım gəlinlik salonu işlədirdi. Onu cərimə, rüşvət, yoxlama kimi şeylərlə o qədər bezdirdilər ki, axırda məcburən VÖEN-i bağladım. İndi heç bir əsas olmadan VÖEN-ə 15 min manatlıq borc yükləyiblər. Bu, dövlət səviyyəsində reketlik, quldurluqdur. Mənim kimi adamla belə rəftar edirlərsə, gör millətə nə edirlər!”

Bu sözləri Musavat TV-yə müsahibəsində Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı deyib.

O, başına gələnləri belə nəql edib:

“Dövlət Vergi Xidməti maşınıma həbs qoyub və məhkəmə qərar qəbul edib ki, maşın satılsın. Bir iddia ilə 2 məhkəmə qərarı ola bilməz. Birinci inzibati məhkəməyə veriblər ki, maşın satılsın və vergi borcu ödənilsin. İnzibati məhkəmə iddianı rədd edib ki, vətəndaşın maşınını sata bilməzsiniz.

Daha sonra iddia ərizəsini Apelliyasiya Məhkəməsinə göndəriblər. O da ilk instansiyanın qərarını qüvvədə saxlayıb ki, vətəndaşın maşınını sata bilməzsiniz.

Bundan sonra hansısa yolla, üsulla nə ediblərsə, məhkəmə qərar qəbul edilib ki, maşın satılsın. Mən həmin qərarı Apelliyasiya Məhkəməsinə verdim. Amma o, qüvvədə saxladı. Ali Məhkəməyə kassasiya şikayəti verdim. Heç bir baxış keçirilmədən, ekspertiza aparılmadan maşınıma satış qiyməti qoyublar.

Maşınımın bazar qiyməti 68-70 min manat arasıdır. Bunu 42 min manata dəyərləndiriblər. Sonra hərrac keçirib və mənə xəbər eləməyiblər. Üstəlik, bu işi Ali Məhkəmədə məsələyə baxılmadan ediblər.

Hərracda 42 minə dəyərləndirdikləri maşınımı 26 min manata satıblar. Alan vətəndaş üstümə gəlib ki, maşınımı ver. Deyirəm ki, ay kişi, maşınımı görmədən necə almısan? Maşınımı sənə necə satıblar? Dedim, ya dələduzsan, ya axmaqsan!

Mən millətin haqqını, hüququnu müdafiə edən insan olmuşam. Bu gün mən öz haqqımı, hüququmu müdafiə edə bilməsəm, başımı aparıb dəmir yoluna qoyaram. Bir daha deyirəm, o maşını yandıraram, amma vermərəm!”

Xəbər 3440 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +