Aliment ödəmək üzrə YENİ REKORD - 13 illik məbləği...
Şahin Şıxlinski təkadamlıq kameraya salınıb
Xırdalan və Masazıra metro xətti çəkilir?
“Balaxanı Operating Company” şirkəti qanunsuz fəaliyyətə görə cərimələndi
Cərrahlara saxta sertifikat verən nazirlik əməkdaşları məhkəməyə çıxdı
“Grand Motors”dan 200 minlik oğurluq
Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?


14.08.2023  09:28 

Sabir Rüstəmxanlı Alim Qasımovu belə təbrik etdi





A+  A-

Avqustun 14-ü böyük sənətkarımız, bənzərsiz muğam ustası Alim Qasımovun doğum günüdür. Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Alim Qasımovu bir neçə il öncə yazdığı şeirlə təbrik edib.

XəzərNews.az həmin şeiri təqdim edir:

ALİM QASIMOV VƏ FƏRQANƏ ÜÇÜN

Alim:

Ruhumun dilidir bu bülbül nəfəs
Sən könül bağçamda çiçəksən, qızım!
Dünyanın dərdinə bir ürək yetməz,
Sinəmdə ikinci ürəksən, qızım!

Fərqanə:

Bir səsdə əritdin neçə min səsi,
Köksündə çağlayır aləmin səsi.
İlahi bir sirdir AlİMİN səsi,
Sən mənim başımın tacısan, ata!

Alim:

Sən bacı əvəzi, ana əvəzi,
Yolun yollarıma qoşulub gəzir.
Səsimə güc verir bu büllur səsin
Atanı qoruyan mələksən, qızım!

Fərqanə:

Üzünə baxıram mən nitqi bağlı,
Sən haqqın sədası, min sirrə çağrı,
Muğam dünyasının ərköyün oğlu,
Özün də səsintək ucasan, ata!

Alim:

Bəmini bəm elə ürək dağlasın,
Vətən ağlamasın, Muğam ağlasın,
Bütün övladları Allah saxlasın,
Nəğmənlə ellərə gərəksən, qızım!

Fərqanə:

Uc-uca calansa zəngulələrin,
Körpüsü olardı Ay ilə Yerin,
Mahnı qanadında aşıb illəri
Cənnət qapısını açarsan, ata!

Xəbər 2423 dəfə oxunub.




05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi

05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb


BÜTÜN XƏBƏRLƏR +