Aliment ödəmək üzrə YENİ REKORD - 13 illik məbləği...
Şahin Şıxlinski təkadamlıq kameraya salınıb
Xırdalan və Masazıra metro xətti çəkilir?
“Balaxanı Operating Company” şirkəti qanunsuz fəaliyyətə görə cərimələndi
Cərrahlara saxta sertifikat verən nazirlik əməkdaşları məhkəməyə çıxdı
“Grand Motors”dan 200 minlik oğurluq
Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?


10.08.2023  09:23 

Bu Dairə Seçki Komissiyası ləğv olunacaq





A+  A-

Naxçıvandakı 3 saylı Babək - Kəngərli - Naxçıvan Dairə Seçki Komissiyası ləğv olunacaq.

XəzərNews.az xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan“ məlumat yayıb.

Həmin dairədə çalışan komissiya üzvləri bildiriblər ki, bununla bağlı xəbərdarlığı Mərkəzi Seçki Komissiyasından alıblar.

Məlumata görə, adıçəkilən dairə üç yerə bölünərək, 2 saylı Şərur, 5 saylı Şahbuz - Babək, 6 saylı Culfa - Ordubad DSK-larının tərkibinə veriləcək.

3 saylı DSK, MSK-nın müəyyən etdiyi 125 dairədən biridir. Həmin dairəni hazırda deputat Səttar Möhbalıyev təmsil edir. Bu dairənin ləğv edilməsi digər yeni bir dairənin yaranmasını labüd edir. Əks halda növbəti parlament seçkilərində 124 yer uğrunda mübarizə aparılacaq.

Bu plan iş yerlərini itirəcək DSK üzvləri və digər işçilər arasında ciddi narahatlığa səbəb olub. DSK üzvü F. Məmmədov deyir ki, onlar artıq özlərinə yeni iş axtarırlar:

“Bizə deyiblər ki, DSK ləğv olunur, özünüzə iş tapın. Bu məlumat bizi çox məyus etdi. Çünki, DSK-da işləyən onlarla adam işini itirəcək. İndi iş tapmaq da çətin məsələdir. Əslində bizim DSK-da seçici sayı qanunvericiliyə uyğundur. Naxçıvanda seçici sayı az olan DSK-lar var. Onları ləğv etmək daha münasib idi. Görünən odur ki, həmin DSK sədrlərinin himayədarları daha güclüdür”.

Mərkəzi Seçki Komissiyanın adının çəkilməsini istəməyən üzvlərindən biri də deyilənləri təsdiq edib:

“3 saylı DSK-ın ləğvi ilə bağlı qərar verilməyib. Amma, ləğv olunması planda var. Müzakirələr gedir. Hələlik DSK fəaliyyətini davam etdirir. İşçilərə və üzvlərə isə dəqiq bir şey deyilməyib. Qərar verildikdən sonra onlarla bağlı yəqin ki, hansısa qərar veriləcək. Bu dairə ləğv olunarsa, onun əvəzinə Azərbaycanın başqa bir bölgəsində əlavə DSK yaradılacaq”.

Hazırda Naxçıvan Muxtar Respublikasının ərazisində cəmi 7 DSK fəaliyyət göstərir.

Xəbər 3148 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi

05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb


BÜTÜN XƏBƏRLƏR +