Aliment ödəmək üzrə YENİ REKORD - 13 illik məbləği...
Şahin Şıxlinski təkadamlıq kameraya salınıb
Xırdalan və Masazıra metro xətti çəkilir?
“Balaxanı Operating Company” şirkəti qanunsuz fəaliyyətə görə cərimələndi
Cərrahlara saxta sertifikat verən nazirlik əməkdaşları məhkəməyə çıxdı
“Grand Motors”dan 200 minlik oğurluq
Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?


08.08.2023  19:36 

80 manatla 3 övlad böyüdən qazi...





A+  A-

İkinci Qarabağ müharibəsində yaralanan və səhəttində problemlər yaranmış 38 yaşlı Anar Aslan oğlu Mehdiyev ona əlillik dərəcəsinin təyin edilməməsindən şikayətçidir.

XəzərNews.az xəbər verir ki, bu barədə qazi yeniavaz.com-a müraciətində bildirib.

O deyir ki, kəskin psixotrop dərmanlar atır və ağrıları kəsməyəndə gündə iki dəfə həkimə müraciət etməli olur. Bu hal demək olar ki, hər gün davam edir. Bütün bu ağrılara dözə bilməyən qazi hətta 2 dəfə canına qıymaq istəyib.

Anar Mehdiyev deyir ki, əmək qabiliyyəti yoxdur, bir ildir ki, əziyyət çəkir. O bildirir ki, əlillik düşsə də, təmin olunmur.

Qeyd edək ki, Anar Mehdiyev 12 il orduda nümunəvi hərbçi kimi fəaliyyət göstərib. 44 günlük Vətən müharibəsində aldığı ağır xəsarətlər onu sağlamlığından məhrum edib.

Dediyinə görə, yaralı olsa belə Mingəçevir xəstəxanasında müalicə aldıqdan sonra döyüşün son anına qədər ön cəbhədə olub. Aldığı ciddi kəllə-beyin və baş beyin travması müharibədən sonra onu xəstəxanalarda və aidiyyəti qurumlar qarşısında süründürür. Aldığı müalicələrin isə heç bir nəticəsi yoxdur. 3 övladı var, aldığı 80 manat veteran pulu ilə ailəsini dolandırır. Deyir, özünüməşğulluq proqramına yazılsa da, deyilib ki, hələ növbəniz çatmayıb.

Anar Mehdiyev deyir ki, 5 dəfə Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor Fuad İsmayılovun qəbulunda olub. Qazi bildirir ki, F. İsmayılovun qoyduğu diaqnoz onun əlillik almasına əsas verir.

Dövlət Tibbi-Sosial Ekspertiza Reablitasiya Agentliyinin İctimayyətlə əlaqədar şöbəsidən isə bildirilib ki, müharibə iştirakçısının əlilliklə bağlı etdiyi müraciətə qurumun imtina cavabı verməsi tibbi sənədlərdə qeyd olunan diaqnozlar arasında uyğunsuzluğa və müalicə müddətinin yetərsizliyinə görə olub.



Xəbər 2995 dəfə oxunub.




05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi

05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb


BÜTÜN XƏBƏRLƏR +