Aliment ödəmək üzrə YENİ REKORD - 13 illik məbləği...
Şahin Şıxlinski təkadamlıq kameraya salınıb
Xırdalan və Masazıra metro xətti çəkilir?
“Balaxanı Operating Company” şirkəti qanunsuz fəaliyyətə görə cərimələndi
Cərrahlara saxta sertifikat verən nazirlik əməkdaşları məhkəməyə çıxdı
“Grand Motors”dan 200 minlik oğurluq
Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?


13.06.2023  14:14 

Bununla dövlət ayaqda tutulmaz!





A+  A-

Etməyin, eləməyin! Hamı bilir ki, Azərbaycanda bütün məhsulların qiyməti süni olaraq şişirdilir! İnhisar var! İri çaplı məmurlar biznesin başında durur! Ona görə də dövlət maaşları, təqaüdləri nə qədər yüksəltsə də qiymətlər daha da artır və vətəndaş da narazı qalır!

İndi də taksi qiymətləri Rəşad adlı bir nazirin xoşuna gəlməyibmiş! Adam, sən məsul olduğun sahəyə çəki-düzən ver, normal ictimai nəqliyyatı təşkil elə, taksi qiymətləri özü tənzimlənəcək də! Hə, bilmirəm, başım çıxmır, bu işlər mənlik deyil deyirsənsə, bir zəhmət, istefa ərizəni cənab Prezidentə təqdim elə, ortalıqdan çəkil! Çəkil ki, bu işləri bilən birisi gəlib sahəni tənzimləsin!

Taksi qiymətləri Azərbaycandakı real rifah səviyyəsinin bəlkə də yeganə göstəricisidir. Kənar müdaxilə yoxdur, azad rəqabət var və vətəndaşlar da çox razıdır. Qiymətlər də Azərbaycan kimi bir ölkə üçün olduqca əlverişlidir.

Taksi sahəsindəki bu durum bir daha ondan xəbər verir ki, bazara süni müdaxilə olmasa, Azərbaycan xalqı həqiqətən də yağ-bal içində yaşayar! Demək ki, Prezident İlham Əliyev bunu bacarıb və insanlarımızın rifah içində yaşaması üçün şərait yaradıb.

Amma Rəşad adlı nazir və bənzəri şəxslər nə edir? Süni şəkildə bazara müdaxilə edərək qiymətləri qəsdən yüksəldirlər! Bəli, məhz belə!

Elə olmasaydı dünya bazarında taxılın qiymətinin kəskin azalması fonunda Azərbaycanda çörəyin qiyməti də ciddi şəkildə azalardı! Azalırmı? Nəsə görmürəm!
Yaxud da bu qədər mer-meyvə bolluğu varkən, hətta vətəndaş topladığı meyvəni sata bilmədiyi üçün yol qırağına tullayarkən dükan-bazarda həmin meyvə od qiymətinə olmazdı!

Kəndlinin ən yaxşı halda litrini bir manata satdığı heç bir qatqısız təbii süd necə olur ki, müxtəlif süni qatqılarla birlikdə bizə 2-3-4 manatdan təqdim edilir?

Təbii qatığın 3 litri 3 manat olduğu halda yenə də necə olur ki, dükanlardan süni qatqıları olan qatığın litrini ən yaxşı halda 3 manata ala bilirik?

Sünidir qiymətlər! Azərbaycan gerçək iqtisadi özünütənzimləməyə keçsə və yekəbaş məmurlar buna imkan versə, görəcəksiniz ki, xalqın hər bir fərdi razı qalacaq!

Bu parazitlər süni qiymət yüksəltməklə, şəxsi təşəbbüsləri boğmaqla, vətəndaşın cibinə girməklə dövlətlə insanlarımız arasında uçurum yaradırlar!

Hə, bir də bunların bir xəstəliyi var: biri nazir təyin olunan kimi dərhal yuxarıdan aşağı bütün vəzifələrə öz adamlarını təyin edir. Hətta ixtisası uyğun gəlməsə belə! Bu nə mağara təfəkkürüdür axı sizdə? Bununla dövlət ayaqda tutulmaz!

Taksilərə dəyməyin, Rəşad adlı nazir! Doğrudan da sahəyə çəki-düzən vermək istəyirsinizsə, normal ictimai nəqliyyat təşkil edin. Onda görəcəksiniz ki, mənim kimi şəxslər heç taksinin üzünə də baxan deyil...

Azər Həsrət
Əməkdar jurnalist


Xəbər 2504 dəfə oxunub.




05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi

05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb


BÜTÜN XƏBƏRLƏR +