Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq
Bu küçə tamamilə piyadalar üçün olacaq


22.12.2023  03:58 

İsrail ordusu HƏMAS hərəkatının 2 mindən çox yaraqlısını öldürüb -Daniel Haqari





A+  A-

Dekabrın 1-də tərəflər arasında müvəqqəti atəşkəs başa çatdıqdan sonra İsrail ordusunun hərbçiləri Fələstinin HƏMAS hərəkatının 2 mindən çox yaraqlısını öldürüb.

Xəzərnews.az xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari brifinqdə bildirib.

O, həmçinin vurğulayıb ki, İsrail hərbçiləri hazırda Qəzza zolağının cənubunda intensiv iş aparır.

“Biz Xan-Yunisin şərqində döyüşən qoşunların sayını artırdıq və orada aktiv hərbi əməliyyatlar aparırıq”, - Haqari deyib.

O, eyni zamanda əlavə edib ki, Hizbullah hərəkatı "Livanın cənubunu müharibə zonasına çevirib və həmin dövlətin gələcəyini təhlükə altına almaqda davam edir".

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox girov götürülməsi ilə müşayiət olunub.

İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başladığını elan edib.


Xəbər 2762 dəfə oxunub.



22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +