Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq
Bu küçə tamamilə piyadalar üçün olacaq


21.12.2023  17:14 

“10 günə düzəldərik” dediyi körpü 3 aydan çoxdur hazır deyil





A+  A-

Təxminən 3 ay əvvəl, 15 sentyabr 2023-cü il tarixində Qudyalçay çayının Xaçmaz şəhərindən keçən hissəsində avtomobil körpüsü tamamilə dağıldı. Xudat şəhər və ətraf kəndlərin Xaçmaz şəhəri və Bakı istiqaməti ilə nəqliyyat əlaqəsi tam kəsildi.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasına görə, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olmuşdu.

Hadisə nəticəsində "VAZ" markalı minik avtomobili çaya düşmüş və nəticədə avtomobildə olan 3 nəfər xəsarət almışdı.

Hadisə həmin gün ölkə gündəmini zəbt etdi və bundan sonra əraziyə dövlət rəsmiləri, həmçinin Avtomobil Yolları Dövlət Agentliynin İdarə heyətinin sədri Saleh Məmmədov da getdi.

Hadisə yerində jurnalistlərə açıqlama verən Saleh Məmmədov bu körpünün təxminən 50 il əvvəl tikildiyini bildirdi: “Bu körpünün dayaqlarının bünövrəsi sıvaylar üzərində qurulmayıb. O dövrün tələblərinə uyğun tikilib”.

Saleh Məmmədovun verdiyi açıqlamalar arasında ən çox maraq doğuranı körpünün bərpa müddəti ilə bağlı dediyi sözlər oldu: “Körpünü yeni tələblərə uyğun bərpa edərik. 10 gün müddətində bərpası yekunlaşar”.

Bu açıqlamadan sonra sosial şəbəkələrdə vətəndaşlar arasında “Uçan körpü necə 10 günə bərpa edilə bilər?”, “10 günə düzələn körpü hansı keyfiyyətdə olacaq?” kimi suallar yarandı.

AAYDA ötən gün, yəni, 20 dekabr tarixində məlumat yayaraq bildirdi ki, körpüdə hələ asfalt döşənməsi işləri icra olunur./Bakıvaxtı.az

Xəbər 5681 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +