Torpağımızı işğalçıya verməyəcəyik - Zelenski
SEPAH-ın erməni lobbiçiliyi
Maddi yardım adı ilə dələduzluq
Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var


25.05.2023  13:02 

Şoyqu Qarabağdan danışdı





A+  A-

Qərb Dağlıq Qarabağ ətrafındakı vəziyyətə hər cür müdaxilə etməyə və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının Minskdə keçirilən iclasında bildirib.

“Qafqaz regionundakı vəziyyətə gəlincə, bu, daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həlli dərəcəsi ilə müəyyən edilir. İndi Qarabağda təhlükəsizliyi Rusiya sülhməramlı kontingenti dəstəkləyir. Bununla belə, Qərb hər cür şəkildə vəziyyətə müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”, - Şoyqu bildirib.

Onun fikrincə, Qərb üçün əsas məsələ “Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır, nəinki uzunmüddətli perspektivdə regionun təhlükəsizliyini və rifahını təmin etməkdir”.

“Buna misal olaraq Avropa İttifaqının Ermənistandakı mülki missiyası deyilən, hərbçilərin və xüsusi xidmət orqanlarının da daxil olduğu missiyanı göstərmək olar. Düşünürəm ki, onların əslində nə etdiklərini izah etməyə ehtiyac yoxdur. Bununla əlaqədar biz KTMT missiyasının regiona göndərilməsi ilə bağlı işi davam etdirməyi zəruri hesab edirik”, - Şoyqu bildirib.



Xəbər 2481 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.08.2025  13:20 

SEPAH-ın erməni lobbiçiliyi

22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +