Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


15.05.2021  10:43 

Rusiya dost olmayan ölkələrin adını açıqladı





A+  A-

Rusiya hökuməti "Fəaliyyətləri ilə Rusiyaya qarşı dost münasibəti göstərməyən" ölkələrin siyahısını təsdiqləyib. Siyahıya yalnız ABŞ və Çexiya daxil edilib.
XəzərNews.az xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb. Sənəddə qeyd olunub ki, Çex Respublikasının Rusiyadakı diplomatik nümayəndəliyinə Rusiya vətəndaşlığı olan ən çox 19 əməkdaş qəbul etməsinə icazə veriləcək. ABŞ diplomatik nümayəndəliyinə isə, ümumiyyətlə, Rusiya vətəndaşı olan işçi götürmək qadağan olunub.

Hökumətin qərarını şərh edən Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, siyahıya daxil edilmiş dövlətlərin seçimi Moskvanın dialoqa hazır olduğunu göstərir.

Qeyd edək ki, sözügedən sənəd Vladimir Putin tərəfindən 23 aprel tarixində Çexiya və ABŞ ilə yaşanan diplomatik böhran fonunda imzalanıb. Belə ki, rəsmi Praqa Moskvanı 2014-cü ildə baş verən partlayışda günahlandıraraq 18 rus diplomatını arzuolunmaz şəxs elan edib. Vaşinqton isə ABŞ federal agentliklərinə edilən kiberhücumlarda və 2020 seçkilərinə müdaxilədə Rusiyanı cavabdeh bilərək yeni sanksiyalar tətbiq edib və bir sıra rus diplomatını ölkədən çıxarıb.

Xəbər 3496 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +