Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


03.03.2020  16:32 

İranda 23 deputat koronavirusa yoluxub





A+  A-

İranda 23 millət vəkilinin yeni tip koronavirusa yoluxduğu bildirilir.
XəzərNews.az xəbər verir ki, bu barədə İran parlamentinin sədr müavini Əbdulreza Mesri açıqlama yayıb. O, millət vəkillərini xalqla təmas qurmağı məhdudlaşdırmağa çağırıb.

Mesrinin sözlərinə görə, yaranmış vəziyyətə baxmayaraq, parlament fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, fevralın 19-dan İranda 1501 koronavirusa yoluxma faktı qeydə alınıb, onlardan 66-sı ölümlə nəticələnib.

Xatırladaq ki, bu yaxınlarda İran İslam Şurası Məclisinin deputatı Məhəmmədəli Ramazani, ötən gün isə ölkənin Ali dini lideri Ayətullah Əli Xameneyinin Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi virusa yoluxaraq vəfat edib.

İranda koronavirusa yoluxanlar arasında, həmçinin İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zünnur, vitse-prezident Məsumə İbtikar, Səhiyyə nazirinin müavini İrəç Hərirçi və Qum Tibb Universitetinin rektoru Məhəmməd Rza Qədir də var.

Xəbər 3200 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +