Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


21.05.2018  09:57 

İqtisadçı sosial mənzillərin şərtlərinə qarşı çıxdı: “Ədalətli deyil!”





A+  A-

Sosial mənzillərin satışı ilə bağlı mayın 7-də keçirilmiş seçim mərhələsinin nəticələri ləğv edildikdən sonra seçim meyarlarının təkmilləşdirilməsi və yeni mexanizmlərin tətbiqi daha da aktuallaşıb.
Bu barədə XəzərNews.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, güzəştli mənzil seçimində “first-come, first-served” prinsipi seçimdə ədalətin təmin edilməsi üçün yetərli deyil:

“Belə görünür ki, kompüterdə daha cəld işləyə bilənlər ev seçimində daha çox üstünlüyə malikdir. Halbuki, bu yanaşma sosial meyar deyil, daha çox texniki vərdişlərlə bağlıdır və güzəştli mənzil seçimində sosial mexanizimlərinin tətbiqinə ehtiyac var.

Təssəvür edin ki, həyat yoldaşını itirmiş və himayəsində uşaqlar olan xanım kompüterdən cəld istifadə edə bilmədiyinə görə sosial evə sahib olmaqdan mərhum olur. Bu təbii ki, sosial ədalət prinsipinə uyğun deyil”.

Ekspert təkliflərini də səsləndirib:

“Güzəştli kateqoriya prinisipi saxlanılmaqla “çevik seçim” mexanizmdən sosial meyarlara keçid həyata keçirilməlidir. Təxminən 8 minə yaxın vətəndaşımız sosial mənzilə sahib olmaq istəyir. Daha məqsədə uyğun olardı ki, Mənzil İnşaatı Dövlət Agentliyi müraciətlərinin sosial strukturuna uyğun olaraq seçim meyarları müəyyənləşdirsin. Müraciətlər sosial kriteriyaya uyğun olaraq qruplaşdırılmalıdır. İlkin olaraq daha çox sosial dəstəyə ehtiyacı olan vətəndaşlar evlə təmin edilməlidir.

Birinci mərhələdə mənzili olmayan şəhid ailələri, ailə başçısını itirmiş ailələr və mənzili olmayan elmlər doktorlarına mənzillər təklif edilə bilər. Xüsusən də himayəsində azyaşlı uşaqları olan həyat yoldaşını itirmiş xanımlara belə imkan yaradılması məqsədəuyğundur. Çünki həmin ailələrin daha çox sosial qayğıya ehtiyacı olduğundan onların mənzil probleminin ilk növbədə həll edilməsi vacibdir. Çoxuşaqlı, evi olmayan aztəminatlı ailələr də prioritet qrupa daxil oluna bilər. Sonrakı mərhələdə isə digər sosial qruplara güzəştli mənzillərdən istifadə imkanı verilməlidir. Bütövlükdə, mənzil bölgüsündə ardıcıllığın texniki deyil, sosial meyarlar üzrə müəyyənləşdirilməsinə ehtiyac var”.

Xəbər 2915 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +