Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi
MSK-a Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verdi
Rusiya vətəndaşlarının tezliklə azad edilməsində maraqlıdır - Zaxarova
Mehdiyevin əmlakı açıqlandı... - Müsadirə oluna bilər
Prezident Elina Valtonenini qəbul etdi


05.11.2018  13:27 

“Gömrük Komitəsində 27 milyard manat mənimsənilib”





A+  A-

“Bu il Gömrük Komitəsi tərəfindən 1 milyard manata yaxın dövlət büdcəsinə vəsait daxil olub. Ancaq biz rüsumları və gömrük tariflərini artırmamışıq. Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub?”
XəzərNews.az-ın məlumatına görə, bunu deputat Vahid Əhmədov Milli Məclisin komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı keçirdiyi birgə iclasında deyib. Deputat bunun səbəbini Gömrük Komitəsində aparılan kadr siyasəti ilə əlaqələndirib.

“Gömrük Komitəsində rüşvətxorluğun qarşısının alınması məqsədilə büdcəyə 1 milyard vəsait daxil olub. Azərbaycan 27 ildir ki, müstəqil dövlətdir. Hər il bir milyard daxil olsaydı, görün bu təkcə gömrük sahəsindən 27 milyard pul edirdi. Ancaq bu məbləğ hələ indi büdcəyə daxil olur. Bunu əvvəllər kim mənimsəyibsə, məsələni araşdırmaq artıq hüquq-mühafizə orqanlarının işidir. Qeyd edim ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi çox böyükdür. Mən burada rəqəmi açıqlamaq istəmirəm. Bunu aradan qaldırmaq üçün ciddi işlər görülməlidir”.

Deputat hesab edib ki, büdcə müzakirələri başqa yöndə gedəcək. “Çünki dövlət başçısı cənab İlham Əliyev son müşavirəsində hökumət üzvləri qarşısında ciddi tapşırıqlar qoydu, ciddi mesajlar səsləndirdi. Xüsusilə də, kölgə iqtisadiyyatının azaldılması, onun qarşısının alınması, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın təmin edilməsi ilə bağlı. Amma gəlin görək bu 3 tapşırıqla bağlı hansı addımlar atılıb? Çox təəssüflər olsun ki, vergilərdə və gömrükdə müəyyən kadr islahatlarının aparılmasına baxmayaraq, hələ də ciddi irəliləyişlər yoxdur. Kölgə iqtisadiyyatı hələ də çox yüksək səviyyədədir”.

Vahid Əhmədov qeyd edib ki, vergilərdə hələ də köhnədənqalma prinsiplər işləyir.

“Hələ də xoş olmayan məqamlar yaşanır. Mən inanmaq istəyirəm ki, vergilər naziri islahatlar prosesini daha da sürətləndirəcək, neqativlərin, xüsusilə, sahibkarlarla, sahibkarlıqla bağlı əngəllərin tam aradan qaldırılmasına çalışacaq və bunlara nail olacaq. Eyni zamanda, başqa bir vacib məsələyə toxunmaq istərdim.

Dövlət zəmanəti ilə verilən borcları, kreditləri onu alan həmin qurum özü həll etməlidir, özü qaytarmalıdır. Kredit verilib, götürmüsən, canın sağ olsun, indi zəhmət çək, vaxtında da ödə. Bunu dövlətin, Maliyyə Nazirliyinin üzərinə atma. Ona görə hesab edirəm ki, bu məsələdə ciddi şəffaflıq təmin olunmalıdır, zəmanət verilən qurumların fəaliyyətinə, ciddiliyinə fikir yetirmək lazımdır. Hər kəsə dövlət zəmanəti ilə kredit verilməməlidir”.

Xəbər 3789 dəfə oxunub.




15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi

15.10.2025  10:20 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +