Kanada Netanyahunu həbs edəcək
Prezidentlərin təkbətək görüşü olub
İsa Həbibbəylidən qızı ilə bağlı açıqlama
Makron Tramp-Putin görüşünü alqışlayır, amma...
PUA-lar Rostovu vurdu
Mərhum nazirin ailəsinə ağır itki üz verib
Akademikin qızının 1 milyon avrosu ələ keçirilib?
Səbaildə qəzalı bina təhlükə saçır, qurumlar susur - Foto
Poliklinika var, amma rentgen aparatı işləmir
Toyuna sayılı günlər qalırdı... - Meyiti tapıldı


14.01.2020  09:28 

Qarabaşaq yeyin, sağlam olun!





A+  A-

İnsan sağlamlığına müsbət təsir göstərən məhsullardan biri də qarabaşaqdır. Onun tərkibində çox miqdarda manqan, maqnium, dəmir kimi minerallar var. Fitin turşusu sayəsində onlar bişirildikdən sonra da yaxşı həzm olunurlar.
XzəərNews.az “MedikForum.ru” saytına istinadən qarabaşaqın əsas faydalarını təqdim edir:

Ürəyin sağlamlığını yaxşılaşdırır

Qarabaşaqın tərkibində rutin və sellüloz kimi ürək üçün faydalı olan birləşmələr var. Bu məhsul qan dövranını da yaxşılaşdırır.

Həzm prosesini yaxşılaşdırır

Qarabaşaqın tərkibindəki qida lifləri həzm prosesini dəstəkləyir, qidanın həzm yolunda hərəkət etməsinə kömək edir. “Gastroentereology Review”da dərc olunan tədqiqat göstərmişdi ki, qida lifləri iltihabi bağırsaq xəstəlikləri riskini aşağı salır.

Qandakı şəkərin səviyyəsini idarə edir

Qarabaşaq çətin karbohidratlar mənbəyidir. Bu karbohidratlar gec həzm olunur, öz növbəsində, qandakı şəkərin səviyyəsinə az təsir göstərir. Bu, qanda şəkərin səviyyəsinin yavaş-yavaş qalxmasına və uzun müddət stabil qalmasına gətirib çıxarır. Sellülozla zəngin pəhrizlər qlikemik nəzarəti yaxşılaşdırmağa və hiperinsulinemiyanı azaltmağa kömək edir.

Çəkini idarə etməkdə kömək edir

Tədqiqatlara əsasən, zülal bədən çəkisinin tənzimlənməsində xüsusi rol oynayır. Tədqiqatçılar bunu toxluq və ya yeməkdən sonrakı toxluq hissi ilə əlaqələndirir. Toxluğu artıran qidalar aclığın qarşısını daha uzun müddət saxlayır və bununla da, ümumi kalori qəbulunu azaldır.

Xəbər 3201 dəfə oxunub.




21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +