Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


31.07.2017  23:02 

“Bizi çətin və maraqlı mübarizə gözləyir“ - Qurban Qurbanov





A+  A-

“Sabahkı oyunda şansları bərabər sayıram. Hər iki komanda üçün bu qarşılaşma böyük fürsətdir, çünki mərhələ keçəcək komanda ən azından Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edir. Ona görə də bizi çətin və maraqlı mübarizə gözləyir".
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Moldovada "Şerif"lə keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis Tiraspol təmsilçisini bir neçə oyun üslubundan yararlanan olduqca təhlükəli və yüksək səviyyəli komanda kimi dəyərləndirib.
Qurbanov penaltilər seriyasına xüsusi hazırlaşmadıqlarını bildirib:
"Düzdür, penaltilər futbolun bir hissəsidir və bu oyun da penaltilər seriyasına qədər uzana bilər. Ancaq, əsasən futbolçuları psixoloji cəhətdən ilk dəqiqələrdən oyuna kökləməyə çalışmışıq”.
Avqustun 1-də "Şerif Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. İlk görüş qolsuz yekunlaşıb. Cavab oyununun əsas və əlavə vaxtında hesab açılmasa, qalib penaltilər seriyasında müəyyənləşəcək. İstənilən hesablı qollu heç-heçə isə "Qarabağ"ı Çempionlar Liqasının "play-off" mərhələsinə çıxaracaq.

Xəbər 2789 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +