Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


23.09.2020  11:58 

Navalnı xəstəxanadan buraxıldı





A+  A-

Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnı müalicə üçün köçürüldüyü Berlinin “Şarite” klinikasından bu gün buraxılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə xəstəxana rəhbərliyi açıqlama yayıb.

“Xəstənin sağlamlıq vəziyyəti o dərəcədə yaxşılaşmışdı ki, artıq təcili yardımı dayandıra bilərdik. Navalnı “Şarite” klinikasında 32 gün müalicə aldı, onun 24 gününü isə reanimasiyada keçirdi”,- deyə açıqlamada bildirilib.

Həkimlər Navalnının tam sağaldığını bildirsələr də zəhərlənmənin qalıcı fəsadları ilə bağlı açıqlama vermək üçün hələ ki, tez olduğunu qeyd ediblər.

Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.

Sentyabrın 3-də Almaniya hökuməti Aleksey Navalnının səhhəti ilə bağlı rəsmi mətbuat açıqlaması yaymışdı. Bəyanatda rus siyasətçinin tərkibinə görə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi qeyd olunmuşdu.

Daha sonra onun nümunələri Fransa və İsveç laboratoriyalarında təkrar analiz olunmuş, “Noviçok”la zəhərləndiyi açıqlanmışdı.



Xəbər 3620 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +