Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


20.09.2018  10:17 

Məşhur bacılar arasında dava böyüyür





A+  A-

Türkiyənin pop ulduzu Hadisə və prodüser bacısı Hülya Açıkgöz arasında yaranan gərginlik artmağa başlayıb.
XəzərNews.az xəbər verir ki, hər iki şəxs bu dəfə instaqram sosial şəbəkəsində mübahisə ediblər. H. Açıkgöz ötən gün “İntiqamın xoş bir söz olduğunu düşünürsüz?” yazaraq bacısına söz atıb.

Hadisə isə “İntiqam? Xeyr, çox tənbələm. Oturub işlərin qaydasına düşməsini gözləyəcəm” – deyə bildirib. Hülya daha sonra “Sadəcə olaraq məni izlə. Həyatın sosial mediadan ibarətdir, sən oranın sahibisən. Kədərləndirici bir hekayədir”- deyə müğənniyə sərt cavab verib.

Xatırladaq ki, Hadisə bir neçə həftə bundan əvvəl prodüser bacısı Hülya və dizayner bacısı Dərya ilə əməkdaşlığa son qoyub. Sənətçi məhkəməyə müraciət edərək H. Açıkgözün onun adından istifadə edərək xeyli miqdarda pul mənimsədiyini iddia edib.

Xəbər 3217 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +