Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


21.08.2023  14:25 

Valideynlər üçün keçirilən təlimlər başa çatdı - FOTO





A+  A-

Azərbaycan QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, "Xüsusi qayğıya ehtiyacı olan uşaqların gələcəyi naminə" ictimai birliyinin təşkilatçılığı ilə "Autizm spektri pozuntusu və daun sindromundan əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən uşaqların valideynləri ilə işin təşkili" layihəsi çərçivəsində sonuncu təlim 12 avqustda “Loqoritmika Reabilitasiya və İnkişaf” Mərkəzində baş tutdu.

XəzərNews.az xəbər verir ki, birliyin sədri Xanım İsazadə layihə haqqında iştirakçıları məlumatlandırıb.

Qeyd edək ki, layihənin məqsədi autizm spektri pozuntusu və daun sindromundan əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən uşaqların inkişafını dəstəkləməkdir.

Bu məqsədlə, həssas qrupdan olan uşaqların valideynlərinə “Pozitiv valideynlik” mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimçi təcrübəli psixoloq-loqoped Vüsalə Əhmədova valideynlərə övladları ilə sağlam ailə münasibətləri haqqında geniş məlumat verib. Təlim sonunda Vüsalə Əhmədova valideynlərin suallarını cavablayıb.

Sonda, birliyin sədri Xanım İsazadə layihə üzrə təlimdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi. Valideynlərə sertifikat təqdim olundu və xatirə şəkli çəkildi.



Xəbər 2543 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +