Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


21.08.2023  10:58 

Etnik nifrət çağırışları, azərbaycanlılara qarşı dözümsüzlük...





A+  A-

Azərbaycanofobiya siyasətinin təzahürü olan fikirlər fasiləsiz olaraq ermənilər tərəfindən sosial şəbəkələrdə yayılmaqda və müxtəlif kanallar vasitəsilə təlqin olunmaqdadır.

XəzərNews.az vəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

Məlumatda deyilir:

“Yayımlanan şərhlər arasında Azərbaycanın yer üzündən silinməsi, ölkəmizə qarşı müxtəlif çirkin təxribatlara əla atılmasının labüdlüyü kimi yanaşmalar yer alır ki, bu da məhz Ermənistanda dövlət siyasətinin bir hissəsinə çevrilmiş etnik nifrət çağırışları fonunda azərbaycanlılara qarşı dözümsüzlük mühitinin formalaşdırılması ilə bağlıdır.

Xüsusilə son günlər azərbaycanlı dövlət nümayəndələrinin və diplomatların hədəfə alınmasına dair çağırışların sosial mediadakı müzakirələrdə geniş şəkildə əks olunması ciddi narahatlıq yaradır. Məlumdur ki, Ermənistan tərəfindən tarixən müxtəlif türk-azərbaycanlı diplomatlara, dövlət xadimlərinə qarşı terror siyasəti həyata keçirilmişdir.

Hətta müasir dövrümüzdə də belə cinayət əməlləri qəhrəmanlıq kimi təqdim olunur, “Nemezis” terror əməliyyatı ilə eyniadlı abidə ucaldılır, müxtəlif nüfuzlu şəxslər çıxışlarında bu cür dəhşətli “ənənələrə” istinad edirlər ki, bu da həmin terroryönümlü fikirlərin əhali tərəfindən dəstəklənməsinə gətirib çıxarır.

Regionda sülhün bərqərar olunması naminə Ermənistan tərəfi azərbaycanlılara qarşı nifrətin təşviqinə yol açan siyasətindən əl çəkməli, aidiyyəti beynəlxalq təşkilatlar isə insan hüquqlarının təməl prinsiplərinə zidd olan bu siyasətin qarşısının alınması istiqamətində zəruri tədbirləri görməlidirlər”.

Xəbər 2659 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +