Arvadını döyən şəxs məhkəmə zalından azadlığa buraxıldı
Məsciddə kişi yatdığı yerdə öldürüldü
Gəncədə klinika meyiti qaytarmır? - ŞİKAYƏT
Azərbaycanlı dostların Bali əməliyyatı: 19 min dollarlıq qarət
“Moyka“da FACİƏ: “tok“ vurub öldürdü
İran 14 qonşusundan 16-sı ilə düşməndir - Politoloq
Yeniyetmə qohumu ilə “evlənən“ şəxsə cəza verildi
İmkanlı azərbaycanlılar Rusiyanı tərk edirlər
Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir - Hikmət Hacıyev
Şirkətimin ofisində heç bir axtarış aparılmayıb - iş adamı


17.08.2023  10:22 

BMT TŞ - da Ermənistanın arzuları puç oldu... - ŞƏRH





A+  A-

BMT TŞ iclası bir daha kimin kim olmasını göstərdi. Ən maraqlı məqam ondan ibarət idi ki, Təhlükəsizlik Şurasının iclasında 15 ölkənin nümayəndələrinin çıxışı bir daha sübut etdi ki, dünya koalisiyalardan ibarətdir və ABŞ, Fransa, Rusiya, Çin planetin bir çox ölkələrinə təsirə malikdir. Misal üçün, dünənki çıxışlara diqqət yetirsək Rusiya və Fransanın arqumentləri bəzi digər dövlətlər tərəfindən səsləndirildi.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə siyasi şərhçi Zaur Məmmədov çıxış edib.

Z.Məmmədov əlavə edib:

- Ermənistan üçün gözlənilməz Braziliya və Albaniyanın Azərbaycanı dəstəkləmələri oldu. Kosova məsələsinə görə Bakı və İrəvan arasında Tirananın bitərəf qalacağını düşünən Mirzoyan rəsmi Bakının "Balkanlarla siyasi - iqtisadi strateji müttəfiqliyi"ni nəzərə almamışdı. Həm Braziliyanın, həm Albaniyanın Xankəndi, Azərbaycanın ərazi bütövlüyü ifadələrini işlətməsi sözsüz ki təqdirəlayiq idi.

Çıxışların içində Bakı və İrəvanın daha diqqətlə izlədikləri, sözsüz ki TŞ-nın daimi üzvlərinin mövqeyi idi. Onlar içərisində ən neytral mövqe dünən Çin tərəfindən səsləndirildi, Britaniya da qismən orta mövqeyi tutaraq gözlənilən çıxışı idi.

Fransa haqqında nəsə deməyə ehtiyac yoxdur. Parisin BMT- dəki nümayəndəsinin başlanğıcda diplomatik etikadan kənara çıxması, çıxışı zamanı toxunduğu məsələlər əlbəttə ki, ermənipərəst idi. Yaxşı haldır ki, Fransa və Maltadan başqa tamamilə Ermənistanın mövqeyini dəstəkləyən üçüncü belə çıxış olmadı.

Danışıqları hazırda həyata keçirən ABŞ və Rusiyanın nümayəndələrinin çıxışına gəlincə. Rus diplomat Türkiyə, Albaniya və Braziliya nümayəndələri ilə eyni siyahıda yer alaraq Ermənistanı faktiki olaraq neytrallaşdırdı. Onun Qarabağda ermənilərin hüquq və təhlükəsizliyi ikitərəfli dialoqda Azərbaycanın qanunvericiliyinə uyğun aparılmalıdır ifadəsi bəyənildi. Qeyd edim ki, dünənki çıxışlarda kimin insan hüquqları, kimin isə, ərazi bütövlüyü prinsipinə vurğu edəcəyi maraqla gözlənilirdi. Braziliya, Albaniya, Rusiya və Türkiyə nümayəndələrinin məhz ərazi bütövlüyü çərçivəsində insan hüquqlarından danışmaları təqdirəlayiqdir.

O ki qaldı, ABŞ -ın nümayəndəsinin çıxışına, gözlənildiyi kimi çıxışın mətni Laçın yolunun açılması, amma eyni zamanda alternativ yollarla bağlı da kompromissin üzərində qurulmuşdu. Ərazi bütövlüyü, suverenlik kimi çox vacib prinsiplərə toxunulmadı.

Beləliklə, BMT TŞ da Ermənistan və Fransanın xəyalları puça çıxdı. Separatçılar çox ciddi zərbə aldılar. Yəgin ki, yaxın vaxtlarda Rusiyanın vasitəçiliyi ilə son təkliflərin müzakirəsi baş tutacaq. Ağdam - Xankəndi yolunun Laçın yolu ilə eyni vaxtda açılması vı Yevlaxda görüşün baş tutmasına şahidlik edə biləcəyik. Əks təqdirdə, separatçılar yaxşı bilirlər ki, Azərbaycan ordusu lazım gələn addımı atacaq.

Sonda Ararat Mirzoyan və Yaşar Əliyev çıxışlarının müqayisəsini apararaq Ermənistan XİN rəhbərinin uğursuzluğunu xüsusiylə vurğulamaq istəyirəm. Dünən Azərbaycan prezidenti bir daha Ermənistan və ermənipərəst qüvvələr üzərində qələbə çaldı.

Xəbər 2542 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.07.2025  11:40 

Rəşad Nəsirova vəzifə verildi

28.07.2025  11:26 

Rusiya Kiyevə zərbə endirdi

25.07.2025  18:00 

“Oleq Bakinski”yə HÖKM OXUNDU

25.07.2025  17:08 

Prezident fərman imzaladı

25.07.2025  16:21 

Abşeronda yanğın oldu - Video

25.07.2025  13:08 

Sabah 40 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +