Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


15.11.2018  11:27 

Səhərlər tez oyanmağın - 5 faydası





A+  A-

Səhərlər yuxudan tez oyanmağın insan üçün bəzi faydaları var.
XəzərNews.az həmin faydalardan bir neçəsini təqdim edir:

1. Daha çox şey etmək

Əksər insanlar üçün səhər çağı iş görmək baxımından axşam və gecə vaxtından daha məhsuldardır. İnsan orqanizmi belə qurulub ki, gecə vaxtı istər-istəməz bütün proseslər zəifləyir.

2. Daha çox asudə vaxta malik olmaq

Bir sıra insanlar etiraf ediblər ki, onlar sadəcə daha çox iş görmək üçün səhər daha erkən durmaq istəməzdilər. Əksinə onlar, daha çox boş və asudə vaxtının olmasını istəyərdi. Əgər ayıq olduğunuz müddət çoxalırsa, işə şərf etdiyiniz müddət isə dəyişməz olaraq qalırsa, demək sərbəst olduğunuz vaxtın miqdarı çoxalmış olur.

3. Heç kəsin maneə olmayacağı vaxtda işləmək

Səhər –iş görmək üçün ideal vaxtdır. Məhz çoxdan etmək istədiyiniz, amma etməyə macal tapmadığınız işləri səhərlər görə bilərsiniz. Axı hər dəfə bu işə başlamaq istəyəndə kimsə sizə əngəl olub. Bu vaxt hətta xarici dili də öyrənmək olar. İstədiyiniz bir işi görün –sadəcə vaxtınızı özünüzə sərf edin.

4. Yaxşı vərdiş yaratmaq

Əgər bir hərəkəti 30 gün ərzində təcrübə edirsinizsə, siz yaranmış vərdişi özünüzdə bütün ömür boyu saxlaya bilərsiniz. Amma sizin əvvəlki gün (həyat) rejiminə qayıtmaq şansınız da var. Yaxşı vərdiş –effektivlik baxımından çox güclü alət hesab olunur. Eyni zamanda yeni qazanılmış yaxşı vərdiş həm də həyatı daha əlvan və maraqlı etmək üsuludur.

5. Sağlamlığı yaxşılaşdırmaq

Nə qədər paradoksal səslənsə də, yuxudan tez qalxmaq axşam daha yaxşı yuxuya getməyə kömək edir. Yaxşı yuxuya getsən (yəni yuxunu yaxşı almış olsan), özünü yaxşı hiss edərsən. Ümumiyyətlə götürdükdə isə, sağlamlığı yaxşılaşdırmağın ən əla üsullarından biridir. Bəzən hətta deyirlər ki, səhər saat 5-dən sonrakı yuxu, daha çox zərərlidir, nəyinki xeyirli.

Xəbər 3302 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +