Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


07.02.2018  13:06 

XİN-dən İsveçrə parlamentinin spikerinə ETİRAZ





A+  A-

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İsveçrə Milli Şurasının sədri Dominik de Bumanın Yerevanda səsləndirdiyi fikirləri şərh edib.
XİN-dən XəzərNews.az-a verilən məlumata görə, H. Hacıyev bildirib ki, Dominik De Buman İsveçrə Milli Şurasının spikeri kimi rəsmi statusundan sui-istifadə edərək Ermənistana səfər əsnasında İsveçrənin neytrallıq siyasətinə zidd olaraq qərəzli açıqlamalarla çıxış edir. Və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara xələl yetirir.

“İsveçrə Milli Şurasının sədri Dominik De Bumanın Yerevanda səsləndirdiyi fikirlər beynəlxalq səviyyədə qəbul olunmuş dilə tərcümə edildikdə seqreqasiya və rasizmin dəstəklənməsi kimi qiymətləndirilə bilər.

Dominik De Buman 2012-ci ildə Azərbaycanın qanunlarını, ərazi bütövlüyü və suverenliyini pozaraq Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Bu səfərlə və indi Yerevandan səsləndirdiyi fikirlərlə o, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və işğal olunmuş ərazilərimizdə bir milyondan artıq Azərbaycanlıya qarşı törədilmiş qanlı təmizləməyə bəraət qazandırdığını nümayiş etdirir” – deyə XİN rəsmisi bildirib

Xəbər 2693 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +