Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


06.02.2018  21:08 

Bakıda zavod partlayışı - Sakinlər təşviş içində + VİDEO





A+  A-

Paytaxtın Xətai rayonunda, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki Radioquraşdırma zavodunda partlayış baş verib.
XəzərNews.az xəbər verir ki, əraziyə çoxlu sayda yanğınsöndürən maşın cəlb edilib.

İnsanlar əraziyə yaxın buraxılmır.

Partlayışın səbəbi bilinmir.

Qeyd edək ki, “Radiozavod” 1948-ci ildə Yеrli Sənаyе Nаzirliyinin tаbеliyində yaradılıb. 1984-cü ildə “Radiozavod” “Robot” zavodu ilə birləşdirilərək “Radioquraşdırma” Bakı İstehsalat Birliyi adlandırılıb.

2006-cı ildən zаvоd Azərbaycan Respublikası Müdаfiə Sənаyеsi Nаzirliyinin tаbеliyində fəaliyyət göstərir.

Xatırladaq ki, bu gün Nərimanov rayonunda Keşlə qəsəbəsində yerləşən Qara Metal Zavodunda yanğın baş vermişdi.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova "Qafqazinfo"ya bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb. Hər ehtimala qarşı təcili yardım əməkdaşları hazırda hadisə yerindədirlər.

***

Yaxınlıqdakı binaların sakinlərinin bildirdiyinə görə, partlayış o qədər güclü olub ki, binalar silkələnib. Bəziləri təşvişə düşərək nə olduğunu anlmayıb və qaçaraq binadan çıxıblar.







Xəbər 3105 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +