Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


05.01.2018  23:57 

Düşünmə gücü ilə avtomobil sürmək mümkün olacaq - VİDEO





A+  A-

Tamamilə avtonom işləyən avtomobillər hələ kütləvi hal almasa da, bir çox texnologiya şirkətləri yarı avtomat sistemlərin hazırlanması ilə məşğul olur.
XəzərNews.az ICTnews-a istinadən xəbər verir ki, Yaponiyanın “Nissan” avtomobil istehsalçısı belə sistem təqdim edib.

Yeni texnologiya avtomobil sürücüsünün fikrini oxuyaraq öncədən bu əməliyyatı yerinə yetirəcək. Sistem “Brain-to-Vehicle” və ya “B2V” adlandırılıb.

Hazırda “Nissan” şirkəti tərəfindən hazırlanmış sistemin prototipi öz işi üçün sürücünün elektrodlarla təchiz edilmiş xüsusi şlem taxmasını tələb edir. Bu baş geyimi insanın beyin qabığının aktivliyini ölçə və onu deşifr edə bilər.

Məlumata görə, sistem avtomobil sürücüsünün edə biləcəyi qəfil hərəkətlər haqda öncədən məlumatlı olur. Məsələn, sükan çarxının kəskin döngəsi və ya əyləcə sıxma kimi. Sistem avtomobil sürücüsünün fikrini dəqiq müəyyənləşdirən kimi özü bu hərəkəti yerinə yetirir.

“Nissan” şirkətinin məlumatına görə, yeni texnologiya sürücüdən 0,2-0,5 saniyə daha sürətlidir.

“B2V” sistemi gələn həftə Las-Veqasda keçiriləcək “CES 2018” sərgisində nümayiş etdiriləcək.


Xəbər 2836 dəfə oxunub.






BÜTÜN XƏBƏRLƏR +