Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


28.11.2017  13:46 

Azərbaycan əsgərinin meyiti Ermənistan tərəfindən götürülüb





A+  A-

"Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyiti Ermənistan tərəfindən götürülüb".
XəzərNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

E.Səmədov bildirib ki, hazırda əsgərin meyitinin Azərbaycan tərəfinə qaytarılması ilə bağlı aidiyyəti beynəlxalq qurumlarla danışıqlar aparılır.
“Yaxın günlərdə məsələ ilə bağlı ictimaiyyətə açıqlama veriləcək”.

Xatırladaq ki, 27 sentyabr 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun Ermənistanla sərhəd ərazisində itkin düşmüş əsgər Cəlilbəyli Bəhruz Pərviz oğluna aid olduğu bildirilən meyit 23 noyabr 2017-ci il tarixdə Ermənistan – Azərbaycan sərhədinin cənub qərb istiqamətində, qoşunların təmas xəttində tapılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müraciət edilib.

Xəbər 2864 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +