Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


11.04.2017  09:44 

Yığmanın baş məşqçisi istefaya göndərildi





A+  A-

Argentinanın futbol üzrə yığma komandasının baş məşqçisi Edqardo Bausa istefaya göndərilib.
XəzərNews.az-ın “Fox Sports”-a istinadən verdiyi xəbərə görə, bunu Argentina futbol Assosiasiyasının rəhbəri Klaudio Tapiya bəyan edib.

Bundan əvvəl Braziliyanın “San-Paulu” klubuna rəhbərlik edən Edqardo Bausa ötən ilin avqustundan Argentina yığmasına rəhbərlik edirdi. 59 yaşlı mütəxəssis Amerika Kubokunun finalından sonra vəzifəsindən istefa verən Herardo Martinonu əvəzləmişdi.

Hazırda Argentina yığması 2018-ci il dünya çempionatının Cənubi Amerika zonası üzrə qrup mərhələsində 5-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Edqardo Bausa 2008-ci ildə Ekvadorun “Kito”, 2014-cü ildə isə Argentinanın “San-Lorenso” klubu ilə Libertadores Kubokunun qalibi olub.

Xəbər 2999 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +