Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


24.02.2017  11:53 

Populist çağırışlar azadlıq və təhlükəsizlik balansını pozur





A+  A-

Avsrtiyanın paytaxtı Vyana şəhərində ATƏT Parlament Assambleyasının qış sessiyası keçirilir. Parlament Assambleyasının Demokratiya, İnsan hüquqları və Humanitar məsələlər komitəsində “Artan populizm ərəfəsində insan hüquqlarının qorunması” mövzusunda xüsusi müzakirə keçirilib.
XəzərNews.az-ın məlumatına görə, müzakirədə çıxış edən Milli Məclisin deputatı Tahir Mirkişili Modern.az-a açıqlamasında deyib ki, çıxışı zamanı dünyada artan populizmdən və onun indiki və gələcək fəsadlarından danışıb.

“İnsan haqları universialdır. Bu sahədə hər-hansı bir selektiv yanaşma və diskriminasıya olmamalıdır. Siz öz qonşunuzu xoşlamaya bilərsiz, ancaq əgər siz onun hüquqlarını bu gün pozursunuzsa, siz da sabah öz hüquqlarınızı pozulmuş görəcəksiz”.

Tahir Mirkişili diqqəti ABŞ və Avropada əsas təhlükə kimi qəbul edilən miqrantlara və onların hüquqlarına cəlb edib. O, bəzi ölkələrdə populist çıxışların ksenofobiya, irqçilik və islamafobiyanın artmasına gətirib çıxardığını qeyd edərək, bəzi siyasi qüvvələrin bundan yararlanaraq siyasi güc əldə etmək planlarını açıqlayıb.

Tahir Mirkişili sonda bütün parlamentarilərin əsas vəzifələrinin qarşılıqlı hörmət, multikulturalizm, dialoq mədəniyyəti və harmoniya kimi dəyərlərin yayılması olduğunu xatırladaraq, bu gün hər kəsin üzləşdiyi çöxüzlü problemlərin həllinin yalnız dini, irqi və milli müxtəlifliyin qorunmasında olduğunu bəyan edib.

Xəbər 8539 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +