Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze


19.04.2023  11:53 

“Yüksəliş“ müsabiqəsində saxtakarlıq... - İddia





A+  A-

​“İstedadlı kadrların seçilməsi məqsədilə keçirilən "Yüksəliş“ müsabiqəsinin iştirakçılarının böyük əksəriyyəti google, süni intellekt proqram və botlarından istifadə edərək sualları cavablandırıblar. Hətta bəziləri tapşırıqları qrup, komanda şəklində həll ediblər”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspertin sözlərinə görə, bu şəxslər əyani mərhələdə həmin sualların 20-30 faizini cavablandıra bilməyərək ələnirlər. Beləliklə, kimin saxta, kimin həqiqi bilik sahibi olduğu əyani mərhələdə üzə çıxır:

“Dövlət idarəetməsi, eləcə də mühüm postlara getmək, pul mükafatı qazanmaq istəyən şəxslər indidən belə saxtakarlığa, fırıldaqçılığa meyl edirsə, görün vəzifə kreslosunda otursa, nələr edər. Görünən odur ki, biz hələ də cəmiyyət və dövlət maraqlarını şəxsi maraqlara qurban veririk. Nə zaman mən anlayışından qurtulsaq, o zaman sivil cəmiyyət olacağıq”.

Xəbər 2399 dəfə oxunub.




12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +