Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA
AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib
Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi
Məhrum edilən uşaqlar, unudulan dəyərlər
220 saylı məktəb-liseydə nə baş verir? - Araşdırma başladı
Ağalarovların əmlakının müsadirəsi tələb edilir


25.09.2020  11:32 

Rezidenturaya qəbulda ixtisas seçimi bitir





A+  A-

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatır.
XəzərNews.az xəbər verir ki, namizədlər müsabiqədə iştirak etmək üçün 25 sentyabr saat 23:59-dək eservices.dim.gov.az/erizerez/ixtisas1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi etməlidirlər.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

25 sentyabr saat 09:45-ə olan məlumata əsasən 368 nəfər (Azərbaycan bölməsi - 342; rus bölməsi – 26) ərizəsini təsdiq edib.

Xəbər 3862 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək


BÜTÜN XƏBƏRLƏR +