32 ədəd şokaladın içində 240 qram qızıl...
Almaniyaya qaçaq gedən qızı TIR-da zorladılar
DİN kibercinayət statistikasını niyə dayandırdı?
Rusiya Xarkovda laboratoriyanı atəşə tutdu: Radiasiya təhlükəsi
Mobil operatorlar 8 ayda 825 milyon manat qazanıb
Putinin reytinqi 82 faizə yüksəlib - SORĞU
Əhalinin sayı açıqlandı - Azərbaycanda
TƏBİB və İTSDA-dakı yoxlamalar təsdiqləndi - Açıqlama
Kiyevdə ana və qızının meyiti tapılıb
Rubl çökür, Pesakov isə “vəziyyət sabitdir” deyir


22.03.2019  09:57 

“Nəyin yanlış olduğunu deməyəcəm” - Daliç





A+  A-

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsinin ilk turunda Xorvatiya millisi evdə Azərbaycan yığmasını 2:1 hesabı ilə məğlub edib.
XəzərNews.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Zlatko Daliç fikirlərini bölüşüb. 52 yaşlı mütəxəssis qələbəni şərh edib:

- Xoşbəxtəm, çünki ən önəmli olan 3 xaldır. Oyunun ilk dəqiqələrindən qol fürsətlərindən yararlana bilmirdik. İlk qolu vurmaq çətin oldu. Rəqib hesabı açandan sonra səbirli olmalı idik. Marselo Brozoviçlə Ante Rebiçə meydana ilk dəqiqələrdən buraxmamaqla istirahət verdik, çünki zədələrin yeni bərpa ediblər. Onlara Macarıstanla oyunda ehtiyacımız olacaq. Bruno Petkoviç və Yosip Brekalodan razı qaldım. Üç gün ərzində güclənəcəyimizi və Macarasıtanla oyunda bundan daha da yaxşı oynaycağımızı düşünürəm.

Daliç səbirli oyunla 3 xal qazandıqlarını bildirib: "Bu, ilk oyun idi. Nəyin yanlış olduğunu deməyəcəm. Səbirli davrandıq və 3 xal qazandıq. 3 xalla yanaşı, Rebiçlə Brozoviçi də qoruduq. İlk hissənin sonunda vurduğumuz qol bizi xilas etdi. Bizi daha sakit duruma gətirdi".

Xəbər 2758 dəfə oxunub.



11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +