Bu yolda hərəkət məhdudlaşdırılır
Zaxarova: “Moskva Bakıdan cavab gözləyir”
Ana 1 yaşlı övladını yerə çırparaq öldürüb
Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Bakıda iki yeniyetmə küçədə gecələyirmiş
“DeFacto” Azərbaycandakı filiallarını bağlayır
Çörəyin içindən yad cisim çıxdı
Vladimir Solovyova qarşı sui-qəsd planı ifşa edildi!
Metroda əlavə ödəniş üsulları tətbiq edilə bilər
Ağac aşdı, qadın altında qaldı - Bakıda


16.11.2018  10:46 

İsrail Azərbaycana yeni səfir təyin etdi





A+  A-

İsrail Xarici İşlər Nazirliyi Azərbaycana yeni səfir təyin olunduğunu elan edib.
XəzərNews.az "Report"-a istinadən xəbər verir ki, bu vəzifəyə Corc Dik təyin edilib.

O, 2015-ci ilin avqustundan etibarən İsrailin Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edən Dan Stavı əvəzləyəcək.

C.Dik daha əvvəl İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Yuval Rotemin böyük məsləhətçisi kimi çalışıb.

İsrail KİV-nin yazdığına görə, ölkə tarixində ilk dəfə səfir postuna xristian ərəb təyin olunub.

Qeyd edək ki, C.Dik nazirlikdə 2008-ci ildən işə başlayıb, ardından 2009-2012-ci illərdə İsrailin Nigeriyadakı, 2012-2015-ci illərdə isə Norveçdəki missiyasının rəhbərlərinin müavini olub.

Xəbər 3462 dəfə oxunub.




12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +