AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze
Ukraynanı işğal etməklərinə imkan verməyəcəyik -Zelenski
Bu ölkənin səfiri Finlanlandiya XİN-ə çağırıldı
Məşhur mağaza Azərbaycandakı filiallarını bağlayır - FOTOLAR


16.11.2018  10:32 

Bu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNƏCƏK





A+  A-

Noyabrın 15-də sürücülərə avtomobilin yan arxa şüşələrində jalüzlərdən istifadəyə verilmiş icazənin müddəti başa çatıb. Bu gündən etibarən isə avtomobilində jalüzlərdən istifadə edən sürücüləri cərimələyəirlər.
Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib ki, bu gündən avtomobilin yan arxa şüşələrinə jalüzlərdən istifadə edilən sürücülər cərimələnəcək.

“15 noyabrda nəqliyyat vasitələrinin yan arxa şüşələrində jalüzlərdən istifadənin icazə müddəti bitib. Bu gündən jalüzlərin istifadəsinə icazə verilmədiyinə görə hər hansı bir sürücü onları açmayıbsa, İnzibati Xətalar Məcəlləsinin 342.2.4 maddəsinə uyğun olaraq 150 manat miqdarında cərimə olunacaqlar”.

R.Quliyev deyib ki, nəqliyyat vasitələrinin şüşələrinin işıq buraxma qabiliyyətinin 70 faizdən az olmaması nəzərə alınaraq, avtomobilin yan və ön şüşələrinə görüntünü məhdudlaşdıran örtük vuran sürücülər cərimələnəcək.

“Avtomobil şüşələrinin işıq ötürmə qabiliyyəti xüsusi cihazla ölçülür. Əgər avtomobilin şüşələrinin işıq ötürmə qabiliyyəti 70 faizdən azdırsa həmin avtomobil cərimə meydançasına aparılacaq. Arxa şüşələrdə plyonkadan, pərdədən və jalüzdən istifadəyə heç bir qadağa yoxdur”.

Şöbə rəisi sürücüləri qaydalara riayət etməyə çağırıb:

“Kütləvi İnformasiya Vasitələrindən sürücülərimizə səslənirik ki, qaydalara riayət etsinlər. Sürücülərimiz qaydaları pozmasa, yollarda tıxaclar da olmaz. Bir sürücünün kiçik bir qayda pozuntusu 100-lə sürücünün gecikməsinə səbəb olur. Sürücülər yalnız özlərini deyil, digər hərəkət iştirakçılarını da nəzərə almalıdırlar”.

Qeyd edək ki, avtomobillərin arxa yan şüşələrinə jalüzlərin taxılmasına yalnız mayın 1-dən noyabrın 15-dək icazə verilir.

Xəbər 2965 dəfə oxunub.




12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları

12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +