İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir


03.04.2023  12:08 

Prezident qəbul keçirdi





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellini qəbul edib.

XəzərNews.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini deyərək, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı və cari ilin əvvəlindən indiyədək, İtaliyanın 3 nazirinin, həmçinin bu gün nazir müavinin ölkəmizə səfərinin əlaqələrimizin çox yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini qeyd edərək, əlaqələrimizin böyük hissəsinin energetika sahəsi ilə bağlı olduğunu dedi, hazırda Avropanın enerji təhlükəsizliyi istiqamətində atılan addımların Azərbaycan-İtaliya əməkdaşlığını daha da gücləndirdiyini vurğuladı.

Dövlətimizin başçısı, eyni zamanda, İtaliyanın Azərbaycanın birinci ticarət tərəfdaşı olduğunu xatırladaraq, ticarət dövriyyəsinin əsas hissəsinin Azərbaycanın neft-qaz ixracını təşkil etdiyini dedi və bu baxımdan əməkdaşlığımızın strukturunun genişləndirilməsi ilə bağlı əlavə addımların atılmasının zəruriliyini qeyd etdi.

Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi haqqında məlumat verərək ölkəmizin İkinci Qarabağ müharibəsindən dərhal sonra Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərlə çıxış etdiyini diqqətə çatdırdı.

Azərbaycan Prezidenti Edmondo Çiriellinin ölkəmizə səfərinin məhsuldar olacağına əminliyini bildirdi.

Azərbaycan-İtaliya əlaqələrinin minilliklərlə yaşı olduğunu qeyd edən Edmondo Çirielli münasibətlərimizin kökünün hətta antik dövrlərə gedib çatdığını vurğuladı. Azərbaycanın İtaliya üçün çox önəmli ölkə olduğunu deyən qonaq Cənubi Qafqazda sabitlik baxımından ölkəmizin strateji əhəmiyyətini qeyd etdi, Azərbaycanın regionda müstəqil və suveren siyasət apardığını vurğuladı. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini siyasi əlaqələrlə yanaşı, iqtisadi sahədə əməkdaşlığın da xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi.

Xəbər 2497 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +