Məşhur dirijor xəstəxanaya yerləşdirilib -FOTO
Putindən əmr: Əməliyyatlar...
Cəlaloğlu bacısı oğlunun saxlanılmasından danışdı
Azyaşlıya zorakılıq edən dayə işdən çıxarıldı - RƏSMİ/YENİLƏNİB
Adnanın yaxtası Barselona sahillərində oyun çıxarır - FOTO
Baş nazir qərar imzaladı
Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
Slavyansk atəş altında: Üç ölü var
Eldar Əzizovdan Fəqan Məlikova xəbərdarlıq
Müharibədə daha bir azərbaycanlı həlak oldu


29.10.2025  10:03 

Şəhid Elnur Sadıqovun şəhadətindən 5 il ötür





A+  A-

Bu gün 29 oktyabr - Vətən müharibəsi şəhidi Sadıqov Elnur Kərim oğlunun şəhadət günüdür.

XəzərNews.az xəbər verir ki, Elnur Kərim oğlu Sadıqov 9 may 2001-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulub. Təzəkənd kənd Elxan Fətiyev adına 1 saylı tam orta məktəbdə təhsil alıb. Təhsilini bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə gedib. Elnur Tərtər rayonunda N saylı hərbi hissədə kəşfiyyat bölüyündə xidmət edib. O, yaxşı döyüş hazırlığına və çevikliyinə görə dəfələrlə Fəxri Fərmanlar alıb və eyni zamanda Müdafiə naziri Zakir Həsənov ona qol saatı hədiyyə edib.

Elnur Sadıqov İkinci Qarabağ savaşı başlayan zaman öz əsgər yoldaşları ilə birgə doğma torpaqlarımızı zəbt edən erməni quldurlarına qarşı mübarizəyə qoşulub. O, Ağdərə, Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak edərək düşmənə qan uddurub. Elnur Sadıqov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə sondamla qanına qədər vuruşaraq oktyabr ayının 29-da şəhidlik zirvəsinə ucalmışdı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Sadıqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Sadıqov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur Sadıqov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

İsmayıl Rəhimoğlu

Xəbər 1668 dəfə oxunub.




30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...

30.10.2025  17:49 

Baş nazir qərar imzaladı

30.10.2025  13:20 

“Saray Plaza”da ölüm

30.10.2025  11:05 

Baş həkim təyin edildi


BÜTÜN XƏBƏRLƏR +