AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze
Ukraynanı işğal etməklərinə imkan verməyəcəyik -Zelenski
Bu ölkənin səfiri Finlanlandiya XİN-ə çağırıldı
Məşhur mağaza Azərbaycandakı filiallarını bağlayır - FOTOLAR


05.09.2022  22:14 

“Mən nazir kimi səhlənkarlıq etmişəm” - Etiraf





A+  A-

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ona verilmiş 27 milyonluq ittiham üzrə özünü qismən təqsirli bilir.

XəzərNews.az xəbər verir ki, sabiq nazir sentyabrın 5-də məhkəmədə ittihamlara münasibət bildirərkən deyib ki, özünü mənimsəmə ittihamı üzrə təqsirli bilsə də, israfetmə hissəsilə razılaşmır.

Səlim Müslümovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə baxılır. Üç məhkəmə iclasıdır ki, sabiq nazir haqqında 107 səhifəlik ittiham elan olunurdu. İttihamın elanı sentyabrın 5-də başa çatıb.

İttihama Səlim Müslümovun münasibəti belə olub.

“Özümü təqsirli bilirəm. Amma israfetmə ilə bağlı hissədə razı deyiləm. İsrafetmə kimi hesablanmış ziyanın ödənilməmiş 7 milyon manat hissəsi mənim günahım deyil. O vəsaiti tenderlərdə qalib gələn şirkətlər israf edib.

“Mən nazir kimi səhlənkarlıq etmişəm. Amma işlərin görülməsi zamanı tenderlərdə qalib gələn şirkətlər də öhdəlikləri yerinə yetirməyiblər. Buna görə onlar məsuliyyət daşıyır”, – sabiq nazir bildirib.

Səlim Müslümova ifadə vermək təklif olunsa da, o, hazırki mərhələdə ifadə vermək istəməyib.

Keçmiş nazirin işi üzrə növbəti məhkəmə iclası sentyabrın 12-ə təyin olunub.

Xəbər 5839 dəfə oxunub.




12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları

12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +