Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze
Ukraynanı işğal etməklərinə imkan verməyəcəyik -Zelenski
Bu ölkənin səfiri Finlanlandiya XİN-ə çağırıldı
Məşhur mağaza Azərbaycandakı filiallarını bağlayır - FOTOLAR
Bu yolda hərəkət məhdudlaşdırılır
Zaxarova: “Moskva Bakıdan cavab gözləyir”
Ana 1 yaşlı övladını yerə çırparaq öldürüb


02.07.2021  15:05 

Sabah bu yollar bağlı olacaq - Siyahı





A+  A-

Bakıda keçirilən Avro 2020 Avropa Futbol çempionatının keçirilməsi ilə bağlı bəzi küçə və prospektlərdə nəqliyyat vasitələri üçün hərəkət tam olaraq məhdudlaşdırılacaq.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov XəzərNews.az-a açıqlamasında bildirib ki, Avro 2020 Avropa Futbol çempionatının növbəti oyunu 3 iyul 2021-ci il tarixdə Olimpiya stadionunda keçiriləcək: “Bu məqsədlə təhlükəsizlik tədbirləri müəyyən edilib.

Olimpiya stadionu və ona bitişik olan bütün prospektlər, bütün ərazilər polis əməkdaşları tərəfindən tam nəzarətə götürülüb və gücləndirilmiş iş saatı ilə xidmət təşkil edilib.

Olimpiya stadionuna və ona bitişik olan Böyük Şor bulvarı istiqamətində Ziya Bünyadov prospekti ilə kəsişən 9-cu köndələn və Xəlil Rza Ulutürk küçələrindən, eləcə də, Heydər Əliyev prospekti ilə 1 saylı Asan Xidmətin yanından və Hava Limanından mərkəzə doğru Heydər Əliyev prospektindən Olimpiya stadionu ilə əsas giriş qapısı istiqamətində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur.

Qeyd edilən istiqamətə futbol üzrə təşkilat komitəsi tərəfindən xüsusi tanınma nişanları ilə təchiz edilmiş nəqliyyat vasitələri göstərilən giriş üzrə hərəkət edə bilərlər. Digər nəqliyyat vasitələri ilə bu istiqamətə doğru hərəkətin mümkünsüzlüyünü nəzərinizə çatdıraraq, ictimai nəqliyyat vasitələri ilə hərəkət etməyi tövsiyə edirik.

Məlum olduğu kimi azarkeşlərin Qara Qarayev metrostansiyası yanından, Səməd Vurğun adına parkın qarşısından xüsusi ayrılmış ekspress avtobuslarla azarkeşlərin daşınması, piyada isə Koroğlu metrostansiyasından nəzərdə tutulur.

Oyunun başlanılması pik saatlara təsadüf etdiyi üçün bu müddətdə süni sıxlığın yaşanma ehtimalını nəzərə alaraq şəxsi avtomobillərdən istifadə etməməyi və avtobuslarla hərəkət edərkən tibbi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyyə olunur”.

Xəbər 3839 dəfə oxunub.




12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +